Baş prokuror: "Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək
"Bu gün Laçın Rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki, bu prokurorluğun tarixində çox mühüm hadisədir".
Bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, prokurorluq orqanları Laçında daha əvvəl də, işğaldan azad olunduqdan sonra fəaliyyət göstərirdilər.
"Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək", -deyə K.Əliyev əlavə edib.
Onun sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir.
" Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda günü gündən artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir", - deyə o əlavə edib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi