Baş Qərargah rəisinin keçmiş müavini müdafiə nazirini məhkəməyə verdi
Ermənistan ordusunun Baş Qərargah rəisinin işdən çıxarılan müavini Tiran Xaçatryan müdafiə naziri Vaqraşak Arutyunyanı məhkəməyə verib.
Publika.az xəbər verir ki, T.Xaçatryan prezident Armen Sarkisyanın 4 mart tarixli fərmanı ilə vəzifəsindən uzaqlaşdırılıb.
Ermənistanda ordu və hökumət arasında yaranan böhran da T.Xaçatryanın vəzifəsindən çıxarılması ilə başlanıb. Belə ki, T.Xaçatryan baş nazir Nikol Paşinyanın məşhur "İskəndər" çıxışına ironiya ilə yanaşdığına görə işdən çıxarılıb, ardınca Baş Qərargah rəisi Onik Qasparyan hökuməti istefaya çağırıb. Lakin sonda Nikol Paşinyan mübarizədən qalib çıxdı. Qasparyan isə vəzifəsindən uzaqlaşdırılmasına etiraz olaraq İnzibati Məhkəməyə müraciət etdi. Məhkəmə proses tamamlana qədər müvəqqəti olaraq, onu vəzifəsində saxladı. İndi Qasparyanın müavini Xaçatryan da İnzibati Məhkəməyə müraciət edərək, vəzifəsinə bərpa edilməsini tələb edir.
Asif
Kurslar.az kurslar [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Ağdamdakı yanğın söndürüldü