"Başa düşmürəm, daha hara qədər alçaldıla bilərik?" – Rusiyalı idmançılardan ETİRAZ

Rusiyanın Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner rusiyalı idmançıların Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edib-etməməsi ilə bağlı məşqçilər şurasının toplanmasını istəyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Viner bunu rusiyalı idmançıları Parisdə xoş qarşılanmayacağı ilə izah edib: "Onlar artıq yüz dəfə bizə başa salıblar ki, orada xoş qarşılanmayacağıq. Mən başa düşmürəm ki, daha hara qədər alçaldıla bilərik".
Bundan öncə Vinerin Olimpiya Oyunların neytral statusla iştirak etmək istəyən rusiyalı idmançıları "bomjlar komandası" adlandırması etiraz doğurmuşdu.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rusiyalı idmançılar və müvafiq federasiyalar Parisdəki Olimpiya Oyunların iştirak barədə qərarı özləri qəbul edirlər.
İdman naziri Oleq Matıtsin isə beynəlxalq arenada çıxış edən rusiyalı idmançılara qarşı ittiham xarakterli ritorikanın yolverilməzliyini vurğulayıb.
Qeyd edək ki, bəzi idman növləri, xüsusən də bədii gimnastika, avarçəkmə, oxatma və boks üzrə rusiyalı idmançılar Parisdəki oyunlarda neytral statusda yarışmaqdan imtina ediblər.
Xatırladaq ki, Parisdəki Yay Olimpiya Oyunları 26 iyul – 11 avqust 2024-cü ildə baş tutacaq.
Xatirə SADİQ,
KONKRET.az

İdman       Tarix: 06 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler sonxabar az krminal bu gun cəbhədən canlı