Basketbol oyunundan qaçırılan 15 yaşlı qız seks kölələrinin arasında tapıldı - FOTO
Basketbol oyunundan qaçırılan 15 yaşlı qız seks kölələrinin arasında tapıldı - FOTO
NBA oyunundan qaçırılan 15 yaşlı qız seks köləliyinə cəlb olunub.
Hadisə aprelin 8-də "Dallas" və "Portlend" komandaları arasında NBA-nın mövsüm matçı zamanı baş verib. Qız böyük fasilədən əvvəl tanımadığı kişi tərəfindən qaçırılıb.
O, qaçırıldıqdan 11 gün sonra Oklahomada bir moteldə tapılıb. Yeniyetmənin insan alverçilərinin əlinə keçdiyi və cinsi köləliyə cəlb edildiyi bildirilir.
Valideynlər qızlarını seks-reklam saytındakı fotoşəkillərdən tanıyıblar.
Vəkil Zeke Fortenberinin sözlərinə görə, qızın atası onun oyun zamanı yoxa çıxması barədə polisə məlumat verib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları kişini şikayət ərizəsi yazmaq üçün Dallas yaxınlığındakı şəhərə göndəriblər. Orada isə ona bildirilib ki, hadisə Dallasda baş verdiyi üçün yerli polis hadisəni araşdıra bilmir. Nəhayət ata Hyustonda insan alveri ilə mübarizə agentliyinə müraciət edib.
Araşdırmalar nəticəsində polis səkkiz şübhəli şəxsi həbs edib.
Yeniyetmənin valideynləri isə "Dallas Maveriks"i və polisi səhlənkarlıqda ittiham edərək məhkəməyə müraciət edib.
Mənbə: RİA Novosti

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü