Bayden SÖZ VERDİ - Qələbə qazanacağım təqdirdə...
Co Bayden Tibet üzərindən Çinə təzyiq göstərəcəyinə söz verib.
Publika.az-ın məlumatına görə, Bayden seçkilərdə qalib gələcəyi təqdirdə, Dalay Lama ilə görüşəcəyini, Tibet məsələsi üçün xüsusi koordinator təyin edəcəyini bildirib.
"Prezident olaraq, ABŞ xarici siyasətinin mərkəzinə xüsusi dəyərlər qoyacam. Dalay Lama ilə görüşəcəm və Çin hökumətinin diplomatlar da daxil olmaqla ABŞ vətəndaşları üçün Tibetə girişi bərpa etməsini israr edəcəm. Müttəfiqlərimizlə birlikdə Pekinə təzyiq göstərmək, insan haqlarına hörmət və Tibet mədəniyyətinin qorunması mövzusunda razılaşmalar əldə etmək üçün tibetli nümayəndələrlə birbaşa dialoqa girməyə çalışacam", - Bayden vurğulayıb.
Demokrat namizəd Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəyinə də söz verib.
Bayden açıqlamasında, hazırkı Ağ Ev başçısı Donald Trampın Çinlə mənasız ticarət sövdələşməsinə yönəldiyinə və Çin lideri ilə "dostluğunu" qoruduğuna görə onu tənqid edib. O, Tibet üçün xüsusi koordinator təyin etmədiyi üçün Tramp administrasiyasına irad tutub .
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək