"Bayden və Trampın əsl demokratiyaya heç bir aidiyyatları yoxdur" – Ramiz Yunus
Vaşinqtonda yaşayan Azərbaycanəsilli politoloq Ramiz Yunus ABŞ-də keçiriləcək president seçkilərində iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ramiz Yunus "Novosti Kavkaza" beynəlxalq portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son dəfə o, prezidentliyə namizəd kimi Barak Obamanın rəqibi Con Makkeynə səs verib. "Mən ona hörmətlə yanaşırdım. Əsl amerikalı, əsl mübariz, hörmətli və xarizmatik senatorlardan biri idi. Çox təəssüf ki, o, prezident olmadı. Əgər belə olsaydı, tarixi proseslər tamamilə başqa istiqamətdə gedəcəkdi".
Həmyerlimiz hesab edir ki, prezidentliyə indiki namizədlər Co Bayden və Donald Trampın əsl demokratiyaya heç bir aidiyyatları yoxdur. Odur ki, postsovet məkanından demokratiyanın beşiyi sayılan ABŞ-yə üz tutan və sistemə dərindən bələd olan insanlar artıq çəhrayı eynəklərini çıxarıblar.
"Donald Trampın törətdiyi cinayətləri və yaxud prezident Baydenin oğlu Hanter Baydenə qarşı irəli sürülən ittihamlar bunu göstərir. Əgər Hanter Baydenin və Trampın törətdikləri cinayətləri sıravi amerikalı törətsəydi, çoxdan həbsdə oturardı. Lakin onların heç biri həbsdə oturmayacaq. Çünki onlar Amerikadakı cəmiyyətin elitasına məxsusdur. Kapitalist ölkəsi olan ABŞ-də pul hər şeyi idarə edir. Belə yerdə isə sual yaranır: Bəs demokratiya, insan haqları, söz azadlığı və qanunun aliliyi haradadır? Ona görə də demokratiyanın avtokratiya ilə mübarizə apardığı deyiləndə, bu riyakarlıq kimi görünür, çünki bu yolla böyük pullar qazanılır".
Xatirə SADİQ,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək