Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi

Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindiEv təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.
Yeni qaydalara əsasən, ev təsərrüfatı üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda bu barədə müvafiq qeyd aparılacaq.
Bundan başqa, şəxsin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar şəxsi hesaba daxil ediləcək.
Şəxsin yaşayış yeri ilə bağlı məlumatların qeydiyyatı da dəqiqləşdirilib. Belə ki, yaşayış yeri dedikdə şəxsin həmin ünvanda 12 ay və daha çox müddətdə yaşaması və ya ən azı 12 ay yaşamaq niyyətində olması nəzərdə tutulur.
Yeni qaydalara görə, şəxsin həmin ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyata alındığı il, qeydiyyatda olmadığı halda isə faktiki qeydiyyat ünvanı da göstəriləcək.
Bundan əlavə, yaşayış sahəsinin kirayə götürülməsi zamanı yazılı kirayə müqaviləsinin, yoxsa şifahi razılaşmanın əsas götürüldüyü barədə məlumat qeydə alınacaq.
Qeyd edək ki, dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı toplanan məlumatların əhatəsini genişləndirir.

Sosial       Tarix: 06 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyalar bu qədər artacaq - Rəqəm açıqlandı

"Prezident İlham Əliyev 2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VII qurultayında qarşıdakı il üçün ölkədə sosial siyasətin daha da təkmilləşdirilməsi, əhalinin rifahının yüksəldilməsinə yönəldilən tədbirlərin genişləndirilməsini

Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hadisə zamanı hərəkətdə olan iki VAZ 2107 markalı minik avtomobili toqquşub. Qəza nəticəsind

Azərbaycan nefti bahalaşdı

"Azeri Light" markalı neft bahalaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 3.88 ABŞ dolları və ya 3.17% artaraq 126.16 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Prokurorluq orqanlarının veteranları təltif ediliblər

Baş Prokurorluqda veteran əməkdaşlar Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileylərinin tamam olması münasibətilə tədbir keçirilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məluma

Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi

Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq. -a istinadən xəbər verir ki, bununla bağlı ev təsərrüfatlarını

Qurban Bayramov vəfat etdi

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov vəfat edib. -a istinadən xəbər verir ki, o, noyabrın 2-də səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Qurban Bayramov Azərbayca

Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində diqqətçəkən yeni tendensiya formalaşıb. Valideynlər azyaşlı qızlarının saçını canlı yayımlar zamanı kəsərək satışa çıxarırlar. Bir neçə dəqiqə ərzində gəlir əldə etmə

Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA

Ölkəmizdə kredit götürən vətəndaşların işsiz qalacağı təqdirdə borc öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi kredit bazarında yeni mərhələnin başlanğıcını qoyur. Sözügedən siste

İki gündür axtarılan 12 yaşlı qız tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər xəbərlər son xəbərlər bugün 2026 valyuta mezenesi