Baydendən Şərqi Aralıq dənizi ÇIXIŞI - Yunanıstana AÇIQ MESAJ
Türkiyə ilə Şərqi Aralıq dənizində yaşadıqları gərgin münasibətləri dünya səhnəsinə daşıyan və bölgədə özünə dəstək axtaran Yunanıstan ABŞ ilə münasibətlərini uğurlu saxlamağa çalışır.
Publika.az xəbər verir ki, bölgədə ABŞ qüvvələrinin iştirakı ilə ortaq hərbi təlim keçirən Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Ağ Evin paylaşdığı məlumatda qeyd olunur ki, Bayden və Miçotakis telefon əlaqəsi yaradıblar və Bayden onu Yunanıstanın müstəqilliyinin 200-cü ildönümü münasibətilə təbrik edib.
İki ölkə arasında möhkəm ikitərəfli əlaqələrin dərinləşdirilməsinə sadiq olduğunu ifadə edən Bayden, ölkələrarası artan müdafiə sahəsindəki əməkdaşlığa da diqqət çəkib.
"Co Bayden Şərqi Aralıq dənizində sabitliyin yaranması üçün ümidli olduğu mesajını verib. Ayrıca, hər iki lider enerji təhlükəsizliyi, Çin, Rusiya və Qərbi Balkanlar da daxil olmaqla, ortaq maraq mövzularında koordinasiya etməyi müzakirə ediblər", - Ağ Evin açıqlamasında qeyd edilib.
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək