Bayram günlərində 12 yol qəzası olub, ölən və xəsarət alan yoxdur

Bayram günlərində 12 yol qəzası olub, ölən və xəsarət alan yoxdurBayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrə səbəb olan qəzalar qeydə alınmayıb.
azxeber.com-un məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. 
Qeyd olunub ki, bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb: 
"Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, habelə turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırıb. Bayram günlərinin xoş xatirələrlə yadda qalması üçün hər bir hərəkət iştirakçısını diqqətli və məsuliyyətli olmağa dəvət edib.

Sosial       Tarix: 22 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Universitetdə baş verən bu rəhbərli

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler xəbər son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler