Bayram günlərində Naftalana gələn turistlərin sayı artıb - FOTOLAR
Ölkəmizin sağlamlıqturizminin mərkəzinə çevrilən və şöhrətini ildən-ilə artıran Naftalan nəinkiyay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.
azxeber.com xəbər verir ki, 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında əvvəlki illərin müvafiqdövrü ilə müqayisədə artım müşahidə olunub.
Yeni ilbayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdətanınmış musiqiçilərin iştirakı ilə konsertlər və xüsusi hazırlanmış əyləncəlişou proqramlar təşkil olunub. Bayram günləri ərəfəsində turistlərin daha mənalıistirahəti üçün turizm obyektləri tərəfindən Naftalana yaxın digər bölgələrə dəekskursiyalar təşkil edilib.
Naftalanda yerləşənmüasir otel və istirahət mərkəzlərində bayram günlərində ümumilikdə, 3000-dənçox turist qeydə alınıb ki, onların 24 %-i 22 xarici ölkədən gələn turistlərdir.
Şəhər İcraHakimiyyəti, Naftalan Müalicə və Sağlamlıq mərkəzi tərəfindən yaradılmış ödənişsiztransfer xidməti turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Gorandəmiryolu stansiyasından Naftalan istiqamətində sərnişinlərin daşınmasını bayramgünlərində davamlı olaraq həyata keçirib.











Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır