Bayramov-Mirzoyan görüşündə üçüncü tərəf də iştirak edəcək? - Rəsmi AÇIQLAMA
Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilən ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə yaxın zamanda görüşmək tapşırılıb.
Hər iki ölkənin baş diplomatına sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək barədə tapşırıq verilib.
Ermənistan XİN-in məlumatına görə, Ceyhun Bayramov və Ararat Mirzoyan fevralın 28-29-da Berlində bir araya gələcək.
Berlin görüşündə üçüncü tərəfin, konkret olaraq Almaniya xarici işlər nazirinin iştirak edib-etməyəcəyi də maraq doğurur.
KONKRET.az xəbər verir ki, Modern.az bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəyə sorğu ünvanlayıb.
O, sorğumuza cavab olaraq bildirib ki, danışıqlar ikitərəfli əsasda aparılır. "Sülh müqaviləsi layihəsi üzrə danışıqlar ikitərəfli əsasda aparılır", – açıqlamada deyilir.
Qeyd edək ki, Ceyhun Bayramov və Mirzoyan sonuncu dəfə 8 ay əvvəl Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar aparıblar. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Tehranda "3+3" formatında çərçivəsində keçirilən görüş zamanı da tərəflər arasında danışıqlar baş tutub.

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"