BƏƏ Səudiyyə Ərəbistanının bu qərarına ETİRAZ ETDİ
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanını OPEC+ neft hasilatının azaldılmasını dəstəkləməməyə çağırıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Wall Street Journal" çərşənbə axşamı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Əmirliyin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla gizli görüşüb.
O, hasilatın azaldılmasına iqtisadi ehtiyac olmadığını bildirərək, onu bu qərarı dəstəkləməkdən çəkindirməyə çalışıb.
Qeyd edək ki, oktyabrın 5-də Vyanada keçirilən görüşdə OPEC+ sazişinin iştirakçısı olan ölkələr noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmağa razılaşıb. ABŞ hökuməti iddia edir ki, OPEC+ qərarı Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə uyğunlaşdırdığını nümayiş etdirir. ABŞ Prezidenti Co Bayden bununla bağlı Vaşinqton və Ər-Riyad arasında münasibətlərə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud vurğulayıb ki, OPEC+ qərarının heç bir siyasi əsası yoxdur və sırf iqtisadi xarakter daşıyır.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var