Bəhlul Çin klubu ilə dalaşdı, getməyəcək - Atası təfərrüatları açıqladı

Bəhlul Çin klubu ilə dalaşdı, getməyəcək - Atası təfərrüatları açıqladıAsiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm.
"Bəhlulla danışdım, dedi ki, onlar indi klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar. 2+1 illik müqavilə təklif olunub. Lakin Bəhlul son anda imtina edib".
KONKRET.az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.
O, "Qarabağ"ın 29 yaşlı müdafiəçisinin Çinin "Şençjen Penq Siti" klubuna transferinin baş tutmamasına aydınlıq gətirib. Ələmdar bəyin sözlərinə görə, qərar futbolçunun özü tərəfindən verilib və klubun təsiri olmayıb: "Deyib ki, komandanın qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə "Qarabağ"ı tərk etmək istəməyib. Qarşı tərəf isə "indi gəlsin" deyib. Nəticədə Bəhlul özü ""Qarabağ"da qalmaq qərarını verib".
Mustafayev Çindən başqa təkliflərin də olduğunu bildirib: "Digər klublardan da müraciətlər vardı. Asiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm. Çünki futbolun mərkəzi oradır. Amma elə klub olmalıdır ki, avrokuboklarda mübarizə aparsın. Bu imkanı əvvəllər də olub, lakin yararlanmamışdı. "Qarabağ" da onun getməsini istəməyib. Qərarına hörmət edirəm, amma qalmasını istəyirdim".
Xatırladaq ki, Bəhlulun Çin klubuna getməməsinin səbəbini ilk öncə futbolinfo.az yazmışdı.

İdman       Tarix: 09 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari