"Belə hesab gözləmirdim" - Qurban Qurbanov

"İlk öncə bizim möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Hamı ilk oyundan sonra "Lex"in azarkeşlərindən danışırdı, amma mən demişdim ki, bizim fanatlar daha möhtəşəmdirlər. Bu gün də bunun bir daha şahidi olduq".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab matçında Polşa çempionunu 5:1 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra deyib.
Qurban Qurbanov açıqlamasında belə hesab gözləmədiyini bildirib:
"Hesab bizi aldada bilər, amma Polşa çempionuna qalib gəlmişik. İlk qolu buraxdıqdan sonra rəqibin müdafiəsini yarmaq çətin idi. Amma futbolçularım göstərdi ki, məndən kənarda da bu oyuna hazırlaşıblar. Hər birinə təşəkkür edirəm.  Düzü, belə hesab gözləmirdim. Çünki həqiqətən ciddi rəqibə qarşı oynayırdıq. Amma bu, futboldur, istənilən nəticə qeydə alına bilər".
Təcrübəli mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları rəqib barədə də danışıb.
"İnanın ki, həmin rəqibə baxmamışdım. Amma püşkatmadan sonra bildirmişdim ki, sanki pley-off matçlarına başlamışıq. Yaxşı komandaya qarşı oynayacağıq. Qarşıdakı günlərdə "Surix"i daha yaxından tanımağa çalışacağıq".

İdman       Tarix: 12 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən ən son xəbərlər xeberler bu gun xeberler bugun 2026