"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
KONKRET.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bizi çətin matçın gözlədiyini bilirdik. Bəzi futbolçularımız U-21 millisində yaxşı çıxış etdilər. Oruc Məmmədov isə əsas millidə debüt etdi. Bəzi oyunçularımızın üzərinə əlavə yük düşmüşdü. Sevindirici haldır ki, bugünkü matçda mübarizə apardıq və bir xal qazandıq. Şadam ki, səfərdə keçirdiyimiz altı oyunun hamısından xalla ayrılmışıq. "Zirə"yə uğurlar arzulayıram".
Azər Bağırov komandanın futbolçusu Edqar Adilxanovun Belçikanın "Gent" klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Belə bir şey yoxdur. Əgər olsaydı, klub bizə məlumat verərdi. Bu cür xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil. Bu, futbolçu üçün narahatlıq yaradır". (qol.az)

Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib - FOTOLAR
Ermənistan bu xəbərlə çalxalanır: Paşinyan böyük "təmizliyə" start verdi – SİYAHI
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi
Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur
Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI
"Sabah" La Liqa səviyyəsində komandadır" - Hansi Flik