Ermənistan bu xəbərlə çalxalanır: Paşinyan böyük "təmizliyə" start verdi – SİYAHI

Ermənistan bu xəbərlə çalxalanır: Paşinyan böyük Ermənistanın diplomatik sistemində ciddi kadr dəyişiklikləri gözlənilir.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.
Bildirilib ki, Prezident Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında altı ölkədə Ermənistanın fövqəladə və səlahiyyətli səfirlərinin, eləcə də NATO yanında Ermənistan nümayəndəliyinin rəhbərinin vəzifələrindən geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb:
"Vəzifəsindən geri çağırılanlar arasında Ermənistanın Kanadadakı səfiri Anahit Harutyunyan, Argentinadakı səfiri Hovhannes Virabyan, Yunanıstandakı səfiri Tiqran Mkrtçyan, Bolqarıstandakı səfiri Tsovinar Hambardzumyan, İsraildəki səfiri Arman Hakobyan və Niderlanddakı səfiri Viktor Biyagov var. NATO yanında Ermənistan nümayəndəliyinin rəhbəri Arman İsrayelyan da vəzifəsindən geri çağırılıb.
Diqqətçəkən məqam odur ki, geri çağırılan diplomatların əksəriyyətinin uzunillik iş təcrübəsi var. Onlardan bəziləri əvvəllər Xarici İşlər Nazirliyinin (XİN) mühüm idarələrinə rəhbərlik edib, prezident və baş nazirin aparatlarında çalışıb, Ermənistanı beynəlxalq təşkilatlarda təmsil ediblər.
Belə ki, Anahit Harutyunyan 2019-cu ildən Kanadada səfir vəzifəsində çalışırdı. Bundan əvvəl XİN-də işləyib və xarici işlər nazirinin köməkçisi olub. Hovhannes Virabyan Argentinaya səfir təyin olunmazdan əvvəl XİN-də müxtəlif vəzifələr tutub, o cümlədən nazirin protokol məsələləri üzrə məsul şəxsi kimi fəaliyyət göstərib.
Tiqran Mkrtçyan əvvəllər XİN-in Mətbuat İdarəsinin rəisi, həmçinin Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri olub. Tsovinar Hambardzumyan uzun illər prezident və baş nazirin aparatlarında çalışıb. Arman Hakobyan isə XİN-in Amerika İdarəsinə rəhbərlik edib.
Viktor Biyagov Niderlandda səfir təyin olunmazdan əvvəl Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi olub. Arman İsrayelyan da uzun illər NATO və beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olub".
Nəşr yazıb ki, digər maraqlı məqam isə müxtəlif coğrafi istiqamətlərdə fəaliyyət göstərən diplomatların eyni vaxtda geri çağırılmasıdır:
"Söhbət Amerikadan Avropaya və Yaxın Şərqə qədər müxtəlif regionlarda çalışan diplomatlarından gedir. Üstəlik, onların arasında həm uzun illər vəzifədə olan, həm də nisbətən yaxın zamanda təyin edilmiş şəxslər var. Məlumatlara görə, Nikol Paşinyan diplomatların fəaliyyətindən narazıdır. O hesab edir ki, sözügedən şəxslər üzərlərinə qoyulan vəzifələri lazımi səviyyədə yerinə yetirə bilmirlər. Yaxın vaxtlarda daha bir sıra diplomatların da vəzifələrindən geri çağırılacağı gözlənilir".

Siyasi       Tarix: 25 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımında

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK

"Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin "revanş istədiyini" nümayiş etdirmək məqsədi daşıyacaq". -

Azərbaycanın strateji hədəfinə doğru yeni addım – "Ermənistan tələsməlidir

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlə çıxış edərək TRIPP layihəsinə start verdiklərini bildiriblər. Bu barədə N.Paşinyan öz "Facebook" hesabında paylaşım edib. O

Monteneqro prezidenti Azərbaycana gəlir

Monteneqro Prezindenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana rəsmi səfər edəcək. xəbər verir ki, bu ölkənin Baş naziri Miloyko Spayiçi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Başsağlığıda deyilir: "Eskişehi

Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər

Putin və Si yırtıcıdırlar. Onlar ABŞ-ın qaraciyərini lobya və əla "Kyanti" şərabı ilə yemək istəyirlər. xəbər verir ki, bunu respublikaçı senator Con Kennedi NBC kanalının efirində deyib. Kennedinin sözlərinə görə

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məluma


son xeberler azerbaycan xeberleri yeni xeberler xabar az kriminal bugun qarabag cəbhədən son xeber