Belqorodda hərbi poliqonda TERROR AKTI - 11 nəfər öldü, 15 nəfər yaralandı
Belqorod vilayətində təlim poliqonunda terror aktı törədilib.
KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 15-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
11 nəfər ölüb, 15 nəfər yaralanıb. Poliqondakı yanğın könüllülərin iştirakı ilə keçirilən atəş təlimi zamanı açılıb.
"Oktyabrın 15-də MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda terror aktı törədib.
Xüsusi hərbi əməliyyatda könüllü iştirak etmək arzusunu bildirən şəxslərlə atəş hazırlığı təlimlərinin keçirilməsi zamanı terrorçular bölmənin şəxsi heyətinə atıcı silahlardan atəş açıblar.
Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb və onlara bütün lazımi yardımlar göstərilir.
İki terrorçu cavab atəşi ilə öldürülüb.
Hücum yerində hüquq-mühafizə orqanları işləyir", – məlumatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır