Benzinlə bağlı daha bir AÇIQLAMA
"Nazirlər Kabineti tərəfindən Aİ-95 markalı benzindən az oktan ədədi olan benzin markaları üçün aksiz dərəcələrinin azaldılması və gömrük rüsumunun ləğvi həyata keçirilib. Güman olunur ki, bu qərarın verilməsində məqsəd Aİ-92 markalı benzini istehsal edilən zavodda həyata keçirilən yenidənqurma işləri ilə bağlıdır. Bir tərəfdən Aİ-92 üçün idxalda rüsumun ləğvi, digər tərəfdən aksiz dərəcələrinin azaldılması onların xərclərinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda tələbin ödənilməsi və bu tələbin ödənilməsində hər hansı çətinliklərin yaranmaması da çox vacibdir. Çünki yenidənqurma işləri ilə bağlı olaraq yerli istehsalın azalması gözləniləndir. Belə olan halda, çox vacibdir ki, bu, idxal hesabına qarşılansın və tələbin ödənilməsi həyata keçirilsin".
KONKRET.azxəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Vüqar Bayramov: "SSRİ dövründə inşa edilən binalarda "JEK"lər praktik olaraq aktivdirlər" Pravda.az
O bildirib ki, Nazirlər Kabinetinin qərarında məqsəd idxal xərcinin azaldılması, Aİ-92 üçün qiymətin qorunub-saxlanılması, digər tərəfdən isə tələbin ödənilməsində çətinliklərin yaranmamasıdır: "Bu, nəticə etibarilə tələbin ödənilməsində müəyyən çətinliklər yarada bilərdi. Əgər belə güzəştlər olmasaydı, sahibkarlar üçün Aİ-92 markalı benzinin idxalı cəlbedici olmazdı. Qərarın Rusiyanın tətbiq etdiyi qadağalarla birbaşa bağlılığı yoxdur. Rusiya ixracatda qadağanı 95 və 98 markalı benzinə tətbiq edib. Azərbaycanda isə güzəştlər Aİ-92 və dizel yanacağına tətbiq olunacaq".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR