Bərdənin Qarayusifli kəndində törədilən terrordan 2 İL ÖTDÜ
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.
KONKRET.az xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.
Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Turlar.az [newsid: 0-123300]

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu oldu - 18-ci qol
Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə müzakirə apardı
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanladı
Türkmənistan Prezidentinin şərəfinə ziyafət verildi - FOTOLAR
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
Krım əhalisinin yanacaq tədarükü… - Kreml
Tramp İrana xəbərdarlıq etdi: "Öhdəlikləri yerinə yetirməsələr..."
Navrotski və Zelenski arasında söz dueli
20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır
Məşhur aktyor islamı qəbul etdi