"Bəşəriyyət ən böyük parçalanma dövrünü yaşayır" - BMT-nin Baş katibi

Münxen Təhlükəsizlik Konfransında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, hazırda dünyamız çox mürəkkəb çağırışlarla üz-üzədir, bəşəriyyət son 75 il ərzində heç vaxt olmadığı qədər parçalanıb və müxtəlif cəbhələrə bölünüb. O, "hər kəs üçün sərfəli olan qlobal nizamın" yaradılmasının zəruriliyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Baş katib üzv ölkələrin BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Yer kürəsində hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyini söyləyib. Onun sözlərinə görə, təəssüf ki, hökumətlər bu öhdəliklərə məhəl qoymur, milyonlarla mülki insan bundan dəhşətli dərəcədə əziyyət çəkir, rekord sayda qaçqın meydana çıxır.
Antonio Quterreş "daha şəbəkələşmiş və inklüziv çoxtərəflilik" adlandırdığı üsulla qlobal kollektiv təhlükəsizlik sistemlərini yeniləməyi hədəfləyən və keçən ilin iyul ayında təqdim edilən Yeni Sülh Gündəliyindən bəhs edib. Bu sənəddə yer alan tövsiyələrə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması, nüvə silahlarının ləğvi ilə bağlı öhdəliklərin götürülməsi və münaqişənin qarşısının alınmasında davamlı inkişaf və iqlim fəaliyyətinə daha çox önəm verilməsi daxildir.
Baş katib bildirib ki, sülh naminə yeni gündəlik bu ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək Gələcəyin Zirvə görüşündə müzakirə olunacaq. O, 1940-cı illərdən bəri mövcud olan qlobal maliyyə institutlarının yaradılmasına istinad edərək, "qlobal maliyyə arxitekturasında islahatların aparılması üçün Bretton-Vuds proqramının lazım olduğunu" söyləyib. "Bu, xüsusən də borc içində boğulan və inkişaf etməkdə olan ölkələr üçün əsl qlobal təhlükəsizlik şəbəkəsi yaratmağa kömək edərdi",- deyə BMT-nin rəhbəri bildirib. Onun sözlərinə görə, Gələcəyin Zirvə toplantısı bu institutları və çərçivələri həqiqətən universal və inklüziv etmək üçün dərin islahatlara olan ehtiyacı nəzərdən keçirəcək.
BMT-nin Baş katibi deyib ki, beynəlxalq ictimaiyyət problemlərin ədalətə əsaslanan həlli yolları üzərində çalışmalıdır. "Hər kəs üçün sərfəli olan daha əhatəli, mükəmməl və effektiv qlobal nizam yaratmaq imkanı həmişə var", -deyə o vurğulayıb.

Siyasi       Tarix: 17 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xeberler cəbhədən son məlumatlar metbuat dunya xeberleri