ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib.
"Partiya dəyişikliyinin ABŞ-ın davranışlarına təsir edəcəyinə hələ də ümid edən və ya güzəştlərin onu düşmənçilikdən uzaqlaşdıra biləcəyinə inanan hər kəs ciddi şəkildə yanılır.
Amerikanın hər hansı bir yeni təcavüzü daha geniş reaksiya doğuracaq. Körfəzdəki, xüsusən də Hörmüz boğazındakı hadisələr Amerikanın məğlubedilməzliyi mifini alt-üst edib və öz xalqından daha çox xarici güclərə güvənən hökumətlərin zəifliyini üzə çıxarıb.
Böyük Şeytanın arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır. Hakim düşmənə təslim olmağa ən kiçik bir meyl belə, şəhidlərin qanı və bütün millətin qurbanları hesabına qazanılan böyük kapitalı məhv edəcək və təkəbbürlü düşməni daha böyük tələblər irəli sürməyə, daha çox müharibə və təcavüzkarlıq hərəkətlərinə başlamağa cəsarətləndirəcək", – o bildirib.
Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar böyük üstünlük əldə ediblər.

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur