Beyləqanda "pambıqla baş kəsən" kimlərdir? – "Ağ qızıl" üzərində qara əməliyyatlar

Beyləqanda Azərbaycan pambıqçılığı uzun illərdir qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət bu sahəyə hər il milyonlarla manat subsidiya ayırır, fermerlərə dəstək proqramları həyata keçirilir, məhsuldarlığın artırılması üçün müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Məqsəd aydındır – kənd təsərrüfatını gücləndirmək, ixracı artırmaq və regionlarda məşğulluğu təmin etmək. Lakin Beyləqandan gələn iddialar göstərir ki, dövlətin bu sahəyə yatırdığı vəsaitin real faydasını fermer deyil, qeyri-şəffaf mexanizmlər əldə edə bilər.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bldirib.
O qeyd edib ki, Pambıq istehsalında müəyyən həcmdə təbii itkinin olması normaldır. Sahədən yığılan xam pambığın tərkibində yarpaq, xırda zibil və nəmlik olur. Emal zamanı bunların ayrılması nəticəsində orta hesabla 2–4 faiz itki yaranır. Aqrar mütəxəssislər 5 faizdən artıq itkini artıq araşdırılmalı hal hesab edirlər. Belə olduğu halda Beyləqan fermerlərinin iddia etdiyi 21–24 faizlik itki texnoloji izahla deyil, iqtisadi və hüquqi baxımdan cavab tələb edən məsələ kimi görünür. Çünki belə bir fərq təsadüfi deyil, sistemli xarakter daşıyarsa, artıq söhbət minlərlə ton məhsuldan və milyonlarla manatlıq vəsaitdən gedə bilər.
Fermerlərin səsləndirdiyi digər iddia daha ağırdır. Onların sözlərinə görə, "itki" adı ilə çıxılan pambığın bir hissəsi sonradan yenidən onların adına rəsmiləşdirilir, vəsait bank kartlarına köçürülür, daha sonra isə həmin pul onlardan nağd şəkildə geri alınır. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və hüquqi araşdırma tələb edir. Lakin belə bir mexanizm həqiqətən mövcuddursa, bu, təkcə fermerin deyil, dövlət subsidiyalarının, vergi uçotunun və maliyyə nəzarətinin də sual altına düşməsi deməkdir.
Burada ən vacib sual yaranır: fermer niyə buna razı olur? Cavab isə kənd təsərrüfatında formalaşmış iqtisadi asılılıq modelində gizlənir. Fermer toxumu, gübrəni, pestisidi, texnikanı və məhsulunu satacağı yeri çox vaxt eyni mənbədən əldə edir. Bu vəziyyətdə o, azad bazarın iştirakçısı deyil, bir sistemdən tam asılı vəziyyətə düşür. Belə asılılıq isə hüquqi münasibətdən çox inzibati münasibət yaradır və fermeri etiraz etmək imkanından məhrum edir.
Fermerlərin sözlərinə görə, problem bununla da bitmir. Onlar iddia edirlər ki, toxum, gübrə, dərman preparatları və aqrotexniki xidmətlər də bazar qiymətindən xeyli baha təqdim olunur. Nəticədə fermer istehsalın əvvəlində artıq xərc çəkir, məhsulu təhvil verəndə isə müxtəlif kəsintilərlə üzləşir. Belə iqtisadi modeldə fermer nə qədər çox məhsul istehsal etsə də, qazanan tərəf olmur.
Əsl təhlükə isə ayrı-ayrı fermerlərin zərəri deyil. Əsas təhlükə odur ki, pambıqçılıq kəndli üçün gəlir mənbəyi olmaqdan çıxır. Fermer qazanc əldə etmədikcə növbəti il pambıq əkmək istəmir. Bu isə əkin sahələrinin azalmasına, emal müəssisələrinin xammal çatışmazlığına, ixracın zəifləməsinə və dövlətin qeyri-neft sektoruna yönəlmiş strategiyasının səmərəsinin azalmasına gətirib çıxara bilər.
Dövlət milyonlarla manat subsidiya ayırırsa, əsas sual budur: bu vəsait fermerin rifahına çevrilirmi? Əgər çevrilmirsə, problem subsidiyanın həcmində deyil, onun tətbiq olunduğu sistemdə axtarılmalıdır.
Şəffaf olmayan qəbul prosesi, müstəqil nəzarətin olmaması, alternativ alıcıların məhdudluğu və fermerin hüquqlarını müdafiə edəcək effektiv mexanizmlərin zəifliyi istənilən inkişaf proqramını nəticəsiz edə bilər.
Beyləqandan səslənən iddialar yalnız bir rayonun problemi kimi qiymətləndirilməməlidir. Əgər bu iddialar araşdırılmazsa və şəffaf cavablandırılmazsa, pambıqçılığın gələcəyinə ən böyük zərbəni dünya bazarındakı qiymətlər deyil, məhz sistem daxilindəki etimadsızlıq vuracaq. Çünki kənd təsərrüfatında ən qiymətli məhsul pambıq deyil, fermerin dövlətə və bazara olan inamıdır. O inam itiriləndə isə nə subsidiya, nə texnika, nə də yeni proqramlar sektoru xilas edə bilir.

Sosial       Tarix: 18 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun