Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Ceyhun Qala sənətində yenilik etməyən sənətkarları sərt tənqid edib.
azxeber.com xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan müğənni fikirləri ilə diqqət çəkib.
Onun sözlərinə görə, sənətkarlar ifa etdikləri xalq mahnılarına yeni nəfəs qatmalı və həmin ifaları gənclərə sevdirməlidirlər:
"İllərdir ifa olunan bütün xalq mahnılarında heç bir yenilik yoxdur. Nə qədər olar "Dağlarda duman gözəldir" mahnısını olduğu kimi oxumaq? Sənətkarlar ora fərqli nəfəs, fərqli ruh əlavə edib təqdim etməli və onu hətta okeanın o tayındakı gənclərimizə də sevdirməlidirlər. Təbii ki, bunu kökə toxunmamaq şərtilə etmək lazımdır".
İfaçı bəzi əməkdar artistləri də tənbəllikdə ittiham edib:
"Orta nəsil muğam ifaçıları, əməkdar artistlər çox tənbəldirlər. Onlar xalq mahnılarını, muğamı təbliğ edirlər, amma baxırsan ki, heç bir yenilik yoxdur. Mahnını necədirsə, elə də oxuyurlar. Heç bir yaradıcı fikir yoxdur. Bundan qorxmaq lazım deyil".
Aysel

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur