"Big Four" şirkətlərinin təmsilçiləri AQC-ni ziyarət edib

Beynəlxalq şirkətlər AQC ilə əməkdaşlıq edəcək.
Audit və qiymətləndirmə sektorunda dünyanın aparıcı dörd şirkəti olan ("Big Four") "Deloitte & Touche", "KPMG" və "PwC" beynəlxalq şirkətlərinin nümayəndələri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini (AQC) ziyarət ediblər.
FED.az xəbər verir ki, qonaqları salamlayan AQC sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, AQC ötən əsrin sonlarından etibarən faktiki olaraq qiymətləndirmə sektorunda tənzimləmə mexanizmlərini həyata keçirir: "Peşəkar qiymətləndiricilərin hazırlanmasını, təlim, tədris və sertifikasiya prosesinin həyata keçirən yeganə qurum olaraq beynəlxalq təşkilatlar, dövlət qurumları, maliyyə təsisatları, assosiativ birliklər, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edirik. Ölkə qiymətləndiricilərinin koordinasiyalı fəaliyyətinə nail olaraq bu sahədə mövcud olan neqativ halların aradan qalxmasına mühüm töhfələr veririk" – Vüqar Oruc vurğulayıb.
O qeyd edib ki, Azərbaycan qiymətləndiriciləri tarixi bir prosesin astanasındadır. "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsinin qəbulunda iştiraklarından söz açan sədr bu təşəbbüsün ilk dəfə AQC tərəfindən irəli sürüldüyünü qeyd edib: "Yeni qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsində də AQC yaxından iştirak edib. AQC sədri olaraq mən və sədrin birinci müavini Ramil Osmanlı qanunla bağlı Cəmiyyətin mövqeyini diqqətə çatdırmışıq. Artıq qanun qəbul edilib və yaxın aylarda Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyətə başlayacaq. Ümidvarıq ki, bu proses qiymətləndirmə sektorunun inkişafında yeni mərhələ olacaq və ACQ olaraq biz də bu prosesdə yaxından iştirak edəcəyik".
"Big Four"a daxil olan "Deloitte & Touche", "KPMG"  və "PwC" şirkətlərinin rəsmiləri Kamran Xanməmmədov, Kirill Martınov və Mixail Çubarov AQC ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıblar. Onlar qeyd ediblər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qiymətləndirmə sektorunun inkişafına mühüm töhfələr verib və beynəlxalq qiymətləndirmə sisteminə uğurla inteqrasiya olunmaqdadır. "Big Four" təmsilçiləri AQC sədri Vüqar Orucu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti seçilməsi münasibətilə təbrik edib. Tərəflər qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəliblər.
Görüş gələcəyin əməkdaşlığın istiqamətləri mövzusunda səmimi müzakirələrlə davam etdirilib. Görüşdə AQC-nin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin rəhbəri Nail Həşimov da iştirak edib. / azxeber.com

İqtisadiyyat       Tarix: 07 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər cəbhədən video