Binəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLAR

Binəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLARBinəqədi rayonunda 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında Rayon İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş  iclas keçirilib.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov, rayonun idarə, müəssisə  rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirmişdir. 
Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov çıxış edərək qeyd etmişdir ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin vaxtında qardan təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki  və növbətçilik təsdiq olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri - Anar Tağıyev, Ayaz Hüseynov,   Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini,  bütün təsərrüfat subyektlərində  qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin  görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu  bildirdilər.
İclasın sonunda rayon təsərrüfatının 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Binəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLARBinəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLARBinəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLARBinəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLARBinəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLARBinəqədi rayonunda payız-qış mövsümünə həsr olunmuş iclas keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 16 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler hava azerbaycanda son xeberler xeber.az cəbhədən son məlumatlar