Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik' - Deputat ətin qiymətinin artmasına etiraz etdi

Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik' - Deputat ətin qiymətinin artmasına etiraz etdiAzərbaycanda mal ətinin qiymətinin yenidən bahalaşdığı bildirilir. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur. Bir həftə ərzində qiymətdə 1 manat bahalaşma müşahidə olunduğu deyilir.
Bəs ölkədə ətin bahalaşmasına səbəb nədir?
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, mal ətinin qiymətinin 14-16 manata qalxması insanların sosial durumunu ağırlaşdırır:
Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik' - Deputat ətin qiymətinin artmasına etiraz etdi"Bu qiymət hamının alıcılıq qabiliyyətinə uyğun gəlmir. Qiymətin bahalaşmasını nəzərə alaraq müvafiq dövlət orqanları mal ətinin yerlərdə alış qiymətini araşdırmalıdır. Əgər yerlərdə kəndli mal ətini çox ucuz satırsa və onu alıb satanlar bazarda çox yüksək qiymətə satışını həyata keçirirlərsə, o zaman tədbirlər görülməlidir. Ümumiyyətlə kənd təsərrüfatı mallarına alışla-satış arasında icazə verilmiş ticarət əlavəsi tətbiq olunmalıdır. Bir çox kənd təsərrüfatı məhsullarını fermerlər yerlərdə çox ucuz qiymətə satırlar və onun istehsal xərclərini belə çətinliklə qarşılayırlar. Amma alverçilər ucuz aldıqları malları 2-3 qat baha qiymətə bazarlara çıxardır. Bu məsələlər araşdırılmalıdır".
Deputat qeyd edib ki, eyni zamanda  bazar iqtisadiyyatı olduğuna görə qiymətləri bazar tənzimləməlidir:
"Amma bizim təfəkkürümüz bazar iqtisadiyyatına heç cürə uyğunlaşmır. Elə bil ki, bir-birimizi aldatmaqla daha çox qazanmağı həyat tərzinə çevirmişik. Bazarlar müəyyən insanlar tərəfindən zəbt edildiyindən fermerlərin şəhər bazarlarına çıxışı məhddudur və bu da möhtəkirliyə yol açır. Bazarlarda satıcılar dəyişilmir, illər boyu eyni adamlar oturub alverçilik edirlər. Bu da bazarda azad rəqabətin yaranmasına imkan vermir. Ona görə də bazarlara çıxarılan məhsulların satışına birbaşa fermerlərin çıxışını təmin etməli və azad rəqabətin formalaşması üçün şərait yaradılmalıdır. Fermerin bazarda aylarla oturmaqa vaxtı yoxdur. Bazara çıxardığı məhsulu ucuz qiymətə satışını edib iş başına qayıtmağa maraqlıdır. Bazarda qiymətdə seçim olmasa sövdləşmiş qiymətlər möhkəmlənir və bu da bahalaşmaya yol açır".
azxeber.com-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, ölkədə ətin qiymətinin artmasının heç bir iqtisadi səbəbi yoxdur:
Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik' - Deputat ətin qiymətinin artmasına etiraz etdi"Dövlət Statistika Komitəsinin məlumatına görə, ət istehsalı 3 faiz artıb. Ölkəyə ət idxalı da artıb. Digər tərəfdən kəsim üçün gətirilən iri heyvanlar da artıb. Təklif artıb, tələbin isə artdığını müşahidə etmirəm. Ət satışı ilə məşğul olan qəssablarla əlaqə saxlayıram, onlar ət satışında canlanmanın olmadığını deyirlər. Ola bilər ki, hardasa süni qiymət artımı olsun".
Ekspert ətin qiymətinin 20 manata qalxacağı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:
"Düşünürəm ki, ət istehsalı ilə məşğul olan inhisarçılar ajotaj yaratmağa çalışırlar. Kimlərsə, ətin qiymətini artırmağa cəhd edir".
Şəbnəm Zahir

Sosial       Tarix: 21 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler bugun 2026 canli cəbhədən son vəziyyət sonxeberler