Bir milyona soyunan xanım, meyxana "söhbət"ləri, küskünlər: Şou-biznesin ötən ili nə ilə yadda qaldı? - FOTO

Bir milyona soyunan xanım, meyxana Bir milyona soyunan xanım, meyxana "söhbət"ləri, küskünlər: Şou-biznesin ötən ili nə ilə yadda qaldı? - FOTO
Geridə qoyduğumuz 2022-ci ildə mədəniyyət, şou-biznes nümayəndələri ilin simvolundan "ilhamlanaraq" pələng kimi kükrədilər. İl ərzində kimisi gizlin, kimisi də aşkar şəkildə həmkarlarına söz atıb mübahisə etdi. Atılan eyhamlardan cavabsız qalanı da olmadı.
Oxu.Az-ın əməkdaşı söz atıb, mübahisə yaradan məşhurlarının siyahısını təqdim edir:
Aktyor Sərxan Kərəmoğlu "MTV maqazin" verilişinə müsahibəsi zamanı "Şou-biznesdə normal adam yoxdur, şou-biznesdə örnək olacaq adam da yoxdur" sözlərini dilə gətirib. Kərəmoğlunun bu sözləri cavabsız qalmayıb. Məşhur simalar Sərxana etirazlarını bildiriblər.
Bir milyona soyunan xanım, meyxana Əməkdar artist Vasif Məhərrəmli Kərəmoğluya irad tutaraq elə ən hörmətli adamların məhz müğənnilər olduğunu bildirib.
Bir milyona soyunan xanım, meyxana Müğənni Aysun İsmayılova isə aktyorun sözlərini məsxərəyə qoyaraq: "Özünü normal adam kimi görmür? Vallah, biz anormal deyilik, hamımız normalıq", - deyə əlavə edib.
Bir milyona soyunan xanım, meyxana İfaçı Aytac Vidadiqızı isə Sərxan və onun kimi düşünənləri "sənəti ucuzlaşdıran insanlar" adlandırıb.
Bir milyona soyunan xanım, meyxana Müğənni Nadir Qafarzadə Sərxanın fikri ilə qismən razılaşıb.
Bir milyona soyunan xanım, meyxana Müğənni Əli Mirəliyev Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, Azərbaycan muğamına xələl gətirməkdə günahlandırıb:
Bir milyona soyunan xanım, meyxana "Alim Qasımovun ifasını bəyənmirəm. Onun ifasını yalnız 1992-ci ilə qədər bəyənirdim, hətta gözüm dolurdu. Çünki həmin vaxta qədər çox gözəl, ağıllı-başlı oxuyurdu. İndi isə farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir. Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyurlar. Sən isə dərviş kimi oxuyursan. Məgər biz dərvişik?!
Rübabə Məmmədova kimi oxuyan qızını da öz yoluna çəkib, bədbəxt eləmisən. Həmçinin Elnarə Abdullayevanı, Mirəlləmi bədbəxt etmisən. Siz Azərbaycan musiqisinin düşmənlərisiniz! Xalqın musiqisini bu günə qoyduğunuza görə şəxsən mən Əli Mirəliyevə cavab verəcəksiniz!"
Bir milyona soyunan xanım, meyxana Alim Qasımov Əli Mirəliyevin bu sözlərini cavabsız qoyub.
Daha bir mübahisə isə Afaq Aslanla Əli Mirəliyev arasında yaşanıb.
Bir milyona soyunan xanım, meyxana Müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın "1 milyona soyunaram" ifadəsinə reaksiya verərək "soyunsa, ona heç 50 manat da verməzlər" deyib.
Əli Mirəliyevin bu sözlərindən sonra Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib:
"Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib, gəl bir samovar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə, balığın iyindən bilir ki, bu, şor balıqdır".
Əli Mirəliyev məclislərin birində centlmenlik edərək Afaq Aslanı çaya dəvət etdiyini əlavə edib.
Milli Məclisin deputatı Aqil Abbas Rəşad Dağlının törətdiyi cinayətə münasibət bildirərkən deyib ki, söyüş üstündə kimisə öldürmək düzgün hərəkət deyil:
Bir milyona soyunan xanım, meyxana "O adam deyil, narkomandır, "barıqa"dır, deyirlər. Deməli, küçədəki narkomanları, "barıqa"ları öldürməliyik?! Deyir, ağlım başımda olmayıb, affekt vəziyyətində olmuşam. Sən vurub xalqın uşağını öldürmüsən. Kim olur-olsun, nə olur-olsun, niyə öldürürsən?! Uzaqbaşı döyə bilərdin. Niyə öldürmüsən axı? Elə hamı onun tərəfini saxlayandan sonra bu hadisələr oldu. Adamlar belə şeylərə baxıb "qəhrəmanlıq" etmək istəyirlər".
Bir milyona soyunan xanım, meyxana "Bunların hamısı cinayətə meyilli insanlardır ki, dəstəkləyirlər. Sosial şəbəkədə, saytlarda yazırlar, başqaları da ondan ruhlanırlar, deyirlər, mən də öldürəcəyəm. Belə şey olmaz axı?!" – deyə deputat fikirlərini yekunlaşdırıb.
Müğənni Roza Zərgərli Şəbnəm Tovuzluya atmaca göndərib:
Bir milyona soyunan xanım, meyxana "Mənim ayaqqabımı geyinə bilərsən, amma yerişimi yeriyə bilməzsən".
Roza Zərgərli "Qırmızı güllər" mahnısını ifa edən həmkarı Şəbnəm Tovuzlunun ondan icazə almadığını vurğulayıb:
Bir milyona soyunan xanım, meyxana "Şəbnəm klipi çəkdirəndən sonra icazə almaq yadına düşüb. Bu hərəkəti xoşuma gəlmədi. Mən heç kimin mahnısını oxumuram. Umub-küsdüyüm insanların icazə alması mütləqdir. Bu mahnı onluq deyil".
"Səhərdən-axşama kimi "WhatsApp"da bütün şəkillərimə təəccüb və xoş sözlər yazan Kənan mənim çox xətrimə dəydi. İnsan səmimi, dürüst olar. İndi sosial şəbəkə fenomeni Mia ilə bütün günü "TikTok"da canlı efir açıb "bambılılıq" edirlər".
Bu sözləri "Miss Azerbaijan 2019" model yarışının qalibi Səmra Hüseynova "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Bir milyona soyunan xanım, meyxana Aylar əvvəl rejissor və aktyor Kənan Mahmudovla açdığı "TikTok"da "Əylənmişik" sözü ilə qarşı tərəfi özündən çıxaran Səmra bu qalmaqalın üstünə benzin töküb:
"Mənim Kənan kimi ərim olsa, onun başını kəsərəm. Pul xətrinə get gündə bir qızla oyna, "WhatsApp"laş, sonra de ki, efirdir də. Yəqin, Kənanın müğənni həyat yoldaşı Aygün müasir xanımdır".
Bir milyona soyunan xanım, meyxana O, həmçinin "TikTok"da canlı açıb, pul qazanmaq üçün bir-birinin ünvanına nalayiq ifadə və təhqirlər səsləndirən sosial şəbəkə fenomenləri barədə də danışıb:
"TikTok"da pul yığmaq üçün bir yerdə çörək yeyən insanlar dalaşıb, söyüşürlər. Bilmirlər ki, necə orada "jeton" əldə etsinlər. Az qalır ki, üzlərində olan simalarını da cırıb qoysunlar. Onlar "jeton" xətrinə öz kişiliklərini də satmağa razıdırlar. Elə bilirlər ki, belə etməklə xal yığacaqlar. Düzdür, yığırlar, amma 3-5 gün olacaq".
Məşhur meyxanaçılar Namiq Məna ilə Mehman Əhmədli arasında qalmaqal yaşanıb:
Bir milyona soyunan xanım, meyxana Namiq "Space maqazin"ə müsahibəsi zamanı meyxana janrının olmadığını, bədahətən deyilən şeirlərin, əslində, bədiyyə olduğunu bildirib. 
Bəzi həmkarları meyxanaçının bu fikrinə qarşı çıxıblar. Mehman Əhmədli isə Namiqə çox sərt şəkildə etiraz edib. O, bədiyyənin mövcud olmadığını, məclislərdə bədahətən deyilən şeirlərin meyxana olduğunu deyib. 
Mehmanın bu etirazından sonra Namiq dahi Nizami Gəncəvinin əsərinə yazdığı bir bədiyyəni söyləyib.

Bu zaman Mehman "Nizami Gəncəvi meyxana deyən olub? Yəni Namiq Mənanın savadı ora qədər çatır?" fikirləri ilə Namiqə atmaca atıb. Məna isə ona 15-16-17-ci əsrlərdə Azərbaycanda meyxana olduğunu sübut edən şəxs ortaya çıxarsa, 20 000 AZN pul verəcəyini bildirib. 
Bu il kifayət qədər səs-küylü keçib. 2023-cü ildə yaşanacaqları isə zaman göstərəcək. 
Nəzrin Vahid

Şou Biznes       Tarix: 02 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto

Türkiyəli müğənni Bülənt Ərsoy estetik əməliyyat etdirib. Bu barədə sənətçi özü sosial şəbəkə hesabında məlumat verib. 74 yaşlı ifaçı əməliyyatdan sonra paylaşdığı fotoya bunları qeyd edib:. "Hörmətli izləyicilərim

Murad Arif Naxçıvanda gənclərlə görüşdü

Müğənni Murad Arif Naxçıvanda, Saat Meydanında məzun və şəhər gəncləriylə bir araya gəlib. xəbər verir ki, sənətçi 5 mindən çox məzun qarşısında ən hit mahnılarını ifa edib. Bir saat davam edən konsert proqramı boyunca tələbələ

Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək

Türkiyədə istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent sosial media hesabında paylaşım edərək haqqında yayılan iddialara münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Levent şəxsi həyatı ilə Ahba

Xanəndənin atası faciəvi şəkildə öldü

Ötən gün Qobustanda "Mercedes-Benz" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Qəzada həyatını itirən "Mercedes"in sürücüsü 61 yaşlı Zakir Ağayev xanənd

"Buna həqiqətən dəyərdimi, Haluk?" - Mahsun Kırmızıgül

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan "Ahbap" dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib. xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxı

Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR

Zamiq Hüseynov Türkiyənin Bodrumda tanınmış simalarla görüşüb. "Yeni Sabah"a istinadən xəbər verir ki, müğənni Yunus Akgün, Uğurcan Çakır, eləcə də məşqçi Fatih Terimləı ünsiyyətdə olub. Z.Hüseynov görüş zaman

18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı

Rəqqasə Fatimə Fətəliyeva oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında 18 yaşı tamam olmayan oğlu Hüseynin avtomobil idarə edərkən lentə alınan görüntülərini yayımlayıb. Videod

Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf

Müğənni Serdar Ortaç həmkarı Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, sənətçi bu barədə türk mediasına danışıb. Serdar Ebru ilə heç vaxt sevgili olmadıqlarını deyib. Sənətçi etiraf edib ki, Ebru Günde

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Oktay Kaynarcanın baş rolunu canlandıracağı "Hamal" serialının baş qadın obrazını kimin oynayacağı məlum olub. xəbər verir ki, yeni yayım mövsümündə "ATV" kanalında nümayiş olunacaq serialın baş qadı


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər xabarlar ən son xeberler qarabag