Bir neçə rayonda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıldı
Bir neçə rayonda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Astara rayonunun Şuvi, Bərdə rayonunun Alaçadırlı, Ucar rayonunun Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ədəd ağac və kolun kəsilməsi nəticəsində təbiətə 145 min manatdan çox maddi ziyan dəyib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır