Bir yerdə ki müğənni ağıl verir, oradan qaçmaq lazımdır

Bir yerdə ki müğənni ağıl verir, oradan qaçmaq lazımdırBir yerdə ki müğənni ağıl verir, oradan qaçmaq lazımdır...
Kubra Məhərrəmova yazır...
Bir yerdə ki müğənni ağıl verir, oradan qaçmaq lazımdır. Hər halda nə demək istədiyimi təxmin etdiniz. 
Sonra da deyirik ki, niyə Türkiyə şou-biznesində layiqli, ləyaqətli müğənnilər var, bizdə yoxdur? Türkiyədə bir hadisə baş verəndə bu adamlar öz təsir güclərindən istifadə edərək dəstək kampaniyaları aparır, yardımlar yığır, xülasə səfərbər olurlar. 
Bizimkilərin isə əksəriyyəti dilənçi "rejimində" çalışırlar. 
Ömür boyu toyda oxuyub pul qazanırlar, sonra dövlətdən ev, fəxri ad, bağ evi istəyirlər. 
Hələ bir arsızcasına da deyirlər ki, "biz xalqa xidmət etmişik". Adamın da əli üzündə qalır ki, "ay xanım, pulunu alıb məclis aparmısan, nə xalqa xidmət?". Bu nə havalardır belə?
Bircə bu fəxri adlar ləğv olunsaydı, daha səslərini başlarına atıb "mən xalq artistiyəm" deyib çığırmazdılar. 
Bunu da mütləq qeyd edim ki, bizdə beş-on nəfər əsl sənətkar var ki, (yaşlarından asılı olmayaraq) istedadından əvvəl şəxsiyyəti, sambalı, intellekti gəlir. Sözü də, danışığı da, yaşadığı həyat da ona baş ucalığı gətirir. 
Geridə qalanı isə ... Nə ağlı var, nə istedadı, nə də şəxsiyyəti. Pula görə hər rəngə, hər sifətə düşürlər. Sonra da əlləri pula çatanda olurlar "korifey" sənətkar. Sən də baxıb deyirsən ki, "ay xanım, axı sizin həyat və fəaliyyət yolunuzu bilirik. Hansı yollarla, hansı sahədə korifey oluduğunuzu da bilirik. İndi bu nə ağıl vermək, "professorluq" etmək sevdasıdır belə? 
Bəzilərini isə kimsə aldadıb ki, "bunlar guya dünya şöhrətli müğənnidirlər". Bunların da ağılları çıxıb başlarından...  
Bütün məsuliyyəti üzərimə götürüb deyirəm ki, bunlardan nəinki müğənni, heç tamada da çıxmazdı. Gəl ki, bizim xalq bunları qaldırıb qoyub dağ başına, pullu da səpib başlarından. 
Bu müğənni əhli də olub qoçu, bildiyiniz reket... 
Harada xoşlarına gəlməyən şəkillər, videolar çıxır, hədə-qorxu gəlib, hay-küy salıb sildirirlər. Allah eləməsin, kimsə bunlardan bir xəbər yazanda da zəng eləmədikləri adam qalmır ki, xəbəri yox eləsinlər. 
Daha başa düşmürlər ki, bunlar imam övladı deyillər. Hansısa şəkilləri ilə möhtəşəm reputasiyalarına bundan o tərəfə daha xələl gələsi deyil. Hər birinin də adı üstündədir. 
İndi deyəcəksiniz ki, nə oldu birdən? O oldu ki, özünə "diva" deyən, özünü ABŞ-nin şou-biznesində görən Aygün Kazımovanın bu yaxınlarda bir fotosu ictimailəşdi. 
Adi, sıradan, səhnədə çəkilən bir foto. Adamın hikkəsindən düşmədiyi sayt qapısı, redaksiya qalmadı. Kimdənsə yalvar-yaxarla, kimdənsə xahişlə fotonun dəyişdirilməsini istədi. Sosial şəbəkələrdən fotosunun itməsinə çalışdı. Əgər Bulqakovu oxuyubsa bilməli idi ki, "əlyazmalar yanmır". Həmçinin əgər bir foto internetin okeanına düşübsə, deməli o foto heç vaxt  itməyəcək. Ola bilsin ki, bir müddət dərinliyə düşəcək, amma sonra yenidən üzə çıxacaq. 
Niyə? Çılpaq idimi? Paltarı cırılmışdımı? 
Qətiyyən. Sadəcə fotonun üstündə effekt yox idi. Necə idisə, elə də o fotoda idi. Üzündəki qırışlarla, qüsurlarla və s. 
Bu isə adamın üzünə necə tərs sillə kimi dəyibsə, adamın eqosu partlayış edib. 
Yarım əsr ömür yaşayasan, anlamayasan ki, əgər sən tanınan adamsansa hər cür fotoşəkilin, videon olacaq və cəmiyyət səni necə var elə də görəcək. 
Anlamayasan ki, əgər dünya ulduzları da eynilə belə davransaydı onda gərək Rihannanın hamiləlik şəkilləri ortaya çıxmayaydı. Rihannanın şəkil sildirməyə pulu yoxdur bəyəm, yoxsa normal "daydayı" yoxdur ki, bir klikə onun haqqında olan bütün uyğun olmayan məlumatları sildirsin? 
Heç kim də deməsin ki, "Amerikada belə şeylər olmur". Elə qəşəng də olur ki... Dediyim odur ki, dünyagörüşü, düşüncə, düzgün təbliğat və s. başqa şeydir. 
Üçüncüsü adam niyə öz yaşını, reallığını qəbul eləməsin ki? 
Aygün Kazımova nə vaxtsa ulduz idi, bəlkə indi də kimlər üçünsə ulduzdur. Amma indi səhnəyə elə gənclər gəlib ki, "YouTube"də mahnı qoyur və mahnı 2 saata trendə düşür, milyonlarla baxış yığır, sevilir. Səsi ölkə hüdudlarından kənara çıxır. 
Elə uşaqlar var ki, beynəlxalq və tanınmış musiqi leyblləri ilə müqavilə bağlayaraq musiqisini dünya bazarına çıxarırlar. Yeni texnologiya və trendlərin hara getdiyini bilib, ona uyğun musiqi strategiyası qururlar. 
İndi bəzi xalq və əməkdar artistlər nə qədər özlərinə əl qatsalar da, bir şeyi qəbul etməlidirlər, onların qatarları çoxdan gedib. Nə əlvan "reytuz"lar, nə dar əlbisələr, nə də gur pariklər onları cavan görünməyə və gündəmdə olmağa kömək edəcək. 
Yaş, illər, ötən zaman öz sözünü deyir. Ya bu yaşı qəbul edib, yaşına uyğun davranmalısan, ya da gülünc günə qalacaqsan. 
Şəkilləri sildirməklə deyil, özünü ki güzgüdə görürsən... / oxu.az

Şou Biznes       Tarix: 03 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər en son xeberler şou biznes xəbərləri metbuat