Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb.
Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrində iştirak etmədiyini, açıq-saçıq geyimlərə də üstünlük vermədiyini bildirib.
Aktrisa ailə qurduqdan, xüsusilə ana olduqdan sonra həyata baxışının dəyişdiyini və bunun rol seçimlərinə də təsir etdiyini deyib.
Eda Ece aktyorluq fəaliyyətində müəyyən sərhədlər qoyduğunu və bundan sonra da həmin prinsiplərə uyğun davranmağa çalışdığını vurğulayıb.
"Açıq-saçıq səhnələrdə çəkilmirəm, açıq-saçıq paltarlar geyinmirəm. Bu məsələlərə diqqət yetirirəm. Evləndikdən və ana olduqdan sonra daha diqqətli olmağa çalışdım", – deyə aktrisa bildirib.
O, şəxsi seçimlərinin yaşadığı cəmiyyətin dəyərlərindən də təsirləndiyini qeyd edib.
Aktrisa həmkarlarının seçimlərini tənqid etmədiyini xüsusi vurğulayıb.
"Yaşadığın cəmiyyətdən kənara çıxa bilməzsən. Mən öpüşmə səhnələrini tənqid etmirəm. Sadəcə, özüm bunu etmirəm. Bəlkə də, aktyor həmkarlarım buna görə mənə qəzəblənərlər", – deyə Ece fikirlərini bölüşüb.
Qeyd edək ki, Eda Ece 2023-cü ildə basketbolçu Buğrahan Tuncerlə ailə qurub. Cütlüyün Mina İpek adlı qızı 2024-cü ildə dünyaya gəlib.
///qafqazinfo/// / azxeber.com

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto