"Birbank Star-la müştərilərimizə həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik

"Birbank Star-la müştərilərimizə sadəcə kart deyil,həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik".
azxeber.com xəbər verir ki, bu sözləri 150 illikyubileyini qeyd edən, ölkənin birinci bankı Kapital Bank-ın Pərakəndə Biznes Ofisininlideri Fərid İslamov müsahibəsində qeyd edib.
- Fərid bəy, Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullartəqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətəsəbəb olur. Bu dəfə isə Birbank Star-la gündəmə gəldiniz. Necə düşünürsünüz BirbankStar bazarın starı ola biləcəkmi?
Hədəfimiz də elə budur. Maliyyəbazarında hərəkətlilik yaradacaq, rəqabətədavamlı, ən əsası isə müştərilərin ürəyincəolacaq məhsul yaratmaq. Məncə, Birbank Star kartı ilə biz bunu bacarmışıq.Düşünün ki, sizin elə bir kredit kartınız var ki, siz onunla 30000 manataqədər məbləği ürəyiniz istədiyi kimi istifadə edə bilirsiniz. Üstəlik heç birfaiz və komissiya olmadan. İstər kartdakı pulu Kapital Bank-ın və ya digərbankların bankomatlarında nağdlaşdırın, istər digər bank kartlarına köçürmələredin, istər ödəniş edin heç bir fərqi yoxdur, bu əməliyyatların heç biri üçün nəfaiz, nə də komissiya tətbiq edilmir.
- Yəni bugünədək hamımızın öyrəşdiyi ənənəvi kreditkartlarından istifadə şərtləri Birbank Star-da yoxdur?
Xeyr, yoxdur. Bildiyiniz kimi Kapital Bank ölkənin ənböyük müştəri bazasına sahib bankıdır. Bizim uğurumuz həm də ondadır ki, məhsulvə xidmətlərimiz üzərində işləyərkən mütləq qaydada müştərilərimizin rəylərinidinləyir, onların qarşılaşdığı çətinlikləri dərindən araşdırırıq. Müştərilərimizinkredit kartından istifadə təcrübəsini araşdırdığımız zamansa tez-tezrastlaşdığımız fikirlər olur. Məsələn, kredit kartları şərtlərinin çox mürəkkəbliyi,faiz və komissiyaların necə hesablandığının anlaşılmaması və bu kimi digərfikirlər. Bu tip suallarla Sorğu mərkəzimizədə çox müraciətlər gəlir. Ən çox verilən suallar balansın izlənməsi, təsdiqlənməmişborclar, xərclənən məbləğə tətbiq edilən faizlər haqqında olur. Bu isə çox təbiidir,çünki əksər müştərilər əməliyyatlarının detallarını bankla yanaşı özləri dəhesablamaq və izləmək istəyirlər. Ənənəvi kredit kartlarında isə bu hər kəsüçün aydın və rahat deyil.
Məhz elə bu əhəmiyyətli məqamlarıdüşünərək biz yaşından, peşəsindən, sosial statusundan asılı olmayaraq hər kəsinistifadə edə biləcəyi, sadə, istifadəsi asan və böyük bir auditoriyaya xitab edəcəkməhsul yaratdıq. Birbank Star sizin yaxın dostunuz kimidir. Kartda olan vəsaitiistədiyiniz kimi istifadə edə bilərsiniz. Heç bir əməliyyata – nənağdlaşdırmaya, nə köçürməyə, nə də onlayn ödənişə komissiya tətbiq edilmir. Ödənişşərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ həmin ayın son gününədəkkarta geri qaytarılmalıdır. Məbləğ geri qaytarılmadığı və borc formalaşdığıhalda isə yaranan hər 500 manatadək borc üçün 10 manat istifadə haqqıformalaşır və bu məbləğ ayın onuna qədər ödənilməlidir. Aylıqödənişlər, həmin ödənişlərə hesablanan faizlərə nəzarət, əmaliyyətlara görəgələn komissiyalar, tətbiq edilən limitləri keçib-keçməmək həyəcanı, güzəşt müddətiniizləmək kimi məqamlar bu kartda yoxdur. Kart üzrə balansı və əməliyyatları isə Birbankmobil tətbiqində məhz Birbank Star üçün yaradılan funksionallıq vasitəsilə rahatlıqlaizləmək mümkündür. Hər şey bu qədər rahat və sadədir. Məqsədimiz odur ki,Birbank Star gündəlik istifadə üçün rahat, anlaşılan eyni zamanda da hər kəsinən sərfəli kartı olsun. Bu kart həm də kredit kartları ilə bağlı müştərilərdəolan faizi çoxdur, komissiyası var kimi neqativ fikirləri tamamilə dəyişəcək.
- Yəqin ki,müştəriləri düşündürən vacib bir məqam da keşbeklərdir. Birbank Star-ın keşbek kimi əlavə üstünlükləridə varmı?
Əlbəttə,bizim digər kredit kartlarında olduğu kimi, Birbank Star-da da həm keşbek, həm dəikiqat ƏDV var. Müştərilərimiz Birbank mobil tətbiqindəki keşbek kateqoriyalarınaqoşulmaqla, geniş partnyor şəbəkəmizdə alış-veriş etməklə və bankımızın təqdimetdiyi digər imkanlardan faydalanmaqla daha çox keşbek qazana biləcəklər.
Qeyd edimki, müştərilərimiz Birbank Star kartını Birbank mobil tətbiqindən və onlaynformada kapitalbank.az, birbank.az vebsaytlarından, həmçininistənilən Kapital Bank filialından müraciət edərək əldə edə bilərlər. Eynizamanda müştərinin seçiminə əsasən bu kartı həm fiziki, həm də rəqəmsal formadaistifadə etmək mümkündür. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrəünvana çatdırılma xidməti də mövcuddur. Xatırladım ki, biz bu mövzuda "Wolt"şirkəti ilə əməkdaşlıq edirik. Hətta maraqlı bir faktı deyim ki, "Wolt"la kartçatdırılmasını nəyinki Azərbaycanda, hətta dünyada ilk olaraq biz həyatakeçiririk. Şəhər ətrafı ərazilərə çatdırılmanı isə partnyorumuz "Azəriexpress"həyata keçirir.
- Bankolaraq lider mövqeyinizi qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçünhansı addımları atırsınız?
Bu sualınbir cavabı var: müştəriyönümlülük strateji hədəfimizdir. Bizim fəaliyyətimizmüşətərilərimizin rahatlığına və məmnuniyyətinə fokuslanıb. Maliyyəəlçatanlığını təmin etmək üçün proseslərimizin, məhsul və xidmətlərimizin rəqəmsallaşmasına,paralelində xidmət keyfiyyətininartırılmasına, eyni zamanda bank xidmətlərinin təhlükəsizliyinə xüsusi diqqətayırırıq. Yeni texnoloji həllərə, loyallıq proqramlarına aktiv investisiyalaredirik. Məmnuniyyətlə deyə bilərəm ki, öz növbəsində bütün bu təşəbbüslər dəbəhrəsini verir. Bu gün nağd pul və kart satışlarımızın 52%-i rəqəmsal kanallarvasitəsilə həyata keçirilir. Keçən il buraxdığımız rəqəmsal depozit məhsuluüzrə portfelimiz 65 milyon manat təşkil edir. 2024-cü il üzrə sentyabr ayınaqədər keşbek və ƏDV bonusları şəklində müştərilərimizə 52 milyon manat həcmindəvəsait qaytarmışıq. Sorğu mərkəzinə daxil olan müraciətlərin 40%-dən çoxu canlıəlaqə qurmadan AI çat bot vasitəsilə cavablandırılmaqla xidmət sürəti bir neçədəqiqədən 4-5 saniyəyədək endirilib.
- Təşəkküredirəm, Fərid bəy, son olaraq KapitalBank-ı seçən müştərilərə nə demək istəyərdiniz?
Öncə müştərilərimizə bizi seçdikləri, bazara təklif etdiyimizməhsulları sevərək istifadə etdikləri və bununla da bizi yeni həllər yaratmağasövq etdikləri üçün təşəkkür edirəm. Bu gün, haqqında danışdığımız Birbank Starda müştərilərimizin istəklərindən ilhamlanıb yaratdığımız məhsullarımızdandır.Odur ki, hamını bu kartı sifariş etməyə dəvət edirəm. Bildirmək istəyirəm ki, çətinhesablamalar, faizlər və komissiyalar dövrü Birbank Star-la bitdi.

İqtisadiyyat       Tarix: 26 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal xeber xəbərlər novruz bayramı kriminal bugun