"Biz Qarabağ məsələsini birdəfəlik bağlayırıq" - Arman Qukasyan

"Hazırkı beynəlxalq təlatümdə Ermənistan hakimiyyətinin siyasəti ölkəni ciddi sınaqlar və çağırışlar qarşısında qoyub".
KONKRET.az xəbər verir ki, bu fikirləri İrəvanda keçirdiyi mətbuat konfransında "Xalqın səsi" ekspert klubunun üzvü, politoloq Arman Qukasyan deyib.
"Ölkəmizin xarici siyasəti ciddi fiaskoya məruz qalır və respublikamız üçün çox ciddi risklər yaradır. 2023-cü ilin yekunlarına əsasən əminliklə deyə bilərik ki, Ermənistanın təhlükəsizlik sisteminin qondarma diversifikasiyası cəhdləri, eləcə də yeni siyasət axtarışları aparılır. Müttəfiqlər, yumşaq desək, bizə arxa ola bilmədilər. Biz bu müttəfiqlikdən heç nə əldə etmədik, çünki indiki beynəlxalq qarşıdurma fonunda Qərb ölkələrinin Ermənistana ayıracaq vaxtları yoxdur", – deyə Qukasyan bildirib.
Eyni zamanda, o, əmindir ki, Paşinyanın siyasətinin ən böyük təhlükəsi Rusiya ilə münasibətlərin korlanmasındadır. Onun sözlərinə görə, hətta Moskva ilə münasibətlərin pisləşməsi fonunda belə, Paşinyanın komandası yeni müttəfiqlər əldə edə bilmədi və bu, regiondakı mövcud çağırışları nəzərə alsaq, intihar kimi səciyyələndirilə bilər.
"Ermənistanın siyasi rəhbərliyinin bütün proqnozları özünü doğrultmadı. Qərb açıq şəkildə bəyan edir ki, Ermənistanın təhlükəsizliyini təmin edə bilməz. Yəni, faktiki olaraq Ermənistan üçün təhlükəsizlik sistemi kontekstində alternativ yoxdur. Nikol Paşinyan bu barədə dəfələrlə danışıb", – deyə siyasətçi əlavə edib.
Regional proseslərdən danışan Qukasyan Ermənistanın hazırkı hakimiyyətinin Rusiyanın vasitəçiliyindən imtina etməsini və İrəvanla Bakı arasında münasibətlərin həllində Qərbin yanaşmalarına riayət etmək istəyini səhv adlandırıb.
"Məhz 2022-ci il oktyabrın 6-da Praqada Qərbin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyanatı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatından ciddi şəkildə arxa plana atdı. Bütün problemlər buradan, Paşinyan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından qaynaqlanır. Bu gün bu səhvlər nəzərə alınmayıb və hakimiyyət Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində Qərb dövlətlərinin yanaşmalarına sadiq qalmaqda davam edir. Amma Əliyev getdikcə daha çox tələb edir və Ermənistan hökumətinin nümayəndələri Azərbaycan tərəfinin sülhə nail olmaq istəyinin olmamasından açıq danışırlar", – deyə o qeyd edib və əlavə edib ki, son vaxtlar İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi əsasən Qərb platformalarında baş verib, lakin nəzərəçarpacaq nəticələr əldə etmək mümkün olmayıb və proses faktiki olaraq dalana dirənib".
Bununla yanaşı, Qukasyan bəyan edib ki, region bir çox beynəlxalq oyunçuların maraqlarının toqquşması meydanına çevrilib və xarici qüvvələr arasında sabitliyi pozmaqda maraqlı olanlar var.
"Hakimiyyət yeni Konstitusiya qəbul etməlidir. Belə görünür ki, Ermənistan hakimiyyətinin bu addımı – ilk növbədə yeni Konstitusiya qəbul etməklə Bakının maraqlarına cavab vermək istəyir. Yəni biz Qarabağ məsələsini Konstitusiyaya uyğun olaraq birdəfəlik bağlayırıq. Hesab edirəm ki, Paşinyan konstitusiya islahatlarını deyil, yeni Konstitusiyanın qəbulunu elan edib. Bu isə ona gətirib çıxaracq ki, daha çox vətəndaş Ermənistanı tərk etməyə çalışacaq", – deyə Qukasyan fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 31 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber sonxeber az xeberler azerbaycan hava proqnozu