"Bizim üçün iş indi başlayır" - Kipr millisinin baş məşqçisi
"Bir neçə gün sonra Lüksemburqla yoldaşlıq oyununda üz-üzə gələcəyik və rəqibin gücünü görəcəyik".
Publika.az-ın məlumatına görə, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
Belçikalı mütəxəssis bildirib ki, Azərbaycan, Lüksemburq və Monteneqro seçmələri ilə birlikdə mübarizə aparacaqları qrup haqqında nikbin düşünür:
"Çox maraqlı qrupa düşdük. Qarşıda yoldaşlıq oyunları var. Həm öz oyunumuzu, həm də rəqiblərimizi analiz edə biləcəyik. Bizim üçün iş indi başlayır. Sentyabr ayına qədər keçirəcəyimiz 4 yoldaşlıq matçından maksimum yararlanacağıq ki, oyunlara qədər tam hazır olaq".
Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır