Biznes nümayəndələrinə COP29 tərəfdaşlıq proqramı təqdim edildi

Biznes nümayəndələrinə COP29 tərəfdaşlıq proqramı təqdim edildiCOP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.
Bu barədə KONKRET.az-a Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.
COP29 Azərbaycan Əməliyyat Şirkəti bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində yerli kiçik və orta bizneslərin təmsil olunması üçün unikal tərəfdaşlıq proqramını elan edib.
Proqram çərçivəsində təklif olunan fürsət və imkanlar Əməliyyat Şirkətinin və COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin kiçik və orta biznes nümayəndələri ilə keçirilən görüşündə açıqlanıb.
Tərəfdaşlıq proqramının əsas hədəfləri yerli sahibkarlar arasında ekoloji cəhətdən təmiz və dayanıqlı istehsal üsullarının tətbiqini təşviq etmək və ətraf mühit və iqlim dəyişmələri mövzusunda maarifləndirmə işləri aparmaqdır.
Tərəfdaşlıq proqramı milli brendlərin məhsullarını beynəlxalq auditoriya qarşısında tanıtmaq məqsədilə yerli KOB məhsullarını dünya əhəmiyyətli COP29 konfransı çərçivəsində sərgiləmək və ölkə iqtisadiyyatının inkişafında KOB payını dəstəkləməyə xidmət edir. COP29 çərçivəsində yerli məhsulların sərgilənməsi eyni zamanda misilsiz ənənəvi Azərbaycan naxış və motivlərinin, milli ənənə və mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə təbliğinə də bir töhfədir.
Görüşdə çıxış edən N.Arpadarai İqlim üzrə yüksək səviyyəli çempion olaraq prioritet fəaliyyət istiqamətlərindən birinin KOB subyektlərinin yaşıl biznesə keçidinin dəstəklənməsi olduğunu qeyd edib. O, yerli sahibkarlara müraciət edərək KOB ilə birgə fəaliyyətin gücləndirilməsinin önəmindən bəhs edib.
Görüşdə yerli biznes subyektlərinin nümayəndələrinə proqrama müraciət şərtləri və qaydaları, məhsulların keyfiyyətinə dair tələblər, COP29-un Yaşıl və Mavi Zonalarında sahibkarlar üçün yaradılacaq şərait, məhsulların brendinq və qablaşdırmasına dair ətraflı məlumatlar verilib.
Görüşün sonunda sahibkarları maraqlandıran mövzu və suallar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, COP29-la tərəfdaşlıq imkanlarından yararlanmaq niyyətində olan kiçik və orta biznes nümayəndələri iyulun 31-dək [email protected] elektron poçt ünvanına müraciətlərini yönləndirə bilərlər.

Sosial       Tarix: 20 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı en yeni xeberler novruz bayramı son xeberler az