"BMT dərhal Ermənistanın işğal olunmuş ərazilərə Livandan erməniləri köçürməsinin qarşısını almalıdır

"BMT dərhal Ermənistanın işğal olunmuş ərazilərə Livandan erməniləri köçürməsinin qarşısını almalıdır"BMT dərhal Ermənistanın işğal olunmuş ərazilərə Livandan erməniləri köçürməsinin qarşısını almalıdır"
Avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Ermənistan hökuməti beynəlxalq hüququ heçə sayaraq Livandakı erməniləri 30 ildir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gətirərək buranın əhalisini erməniləşdirməkdə davam edir.
Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra son dərəcə təhlükəli oyun oynamağa başladı:
"Birincisi, Livan kimi ölkələrdən erməniləri Qarabağa və ətrafındakı yeddi rayona yerləşdirir. İkincisi, o insanları əsgərliyə çağırır. Üçüncüsü, PKK kimi terror təşkilatları ilə əməkdaşlıq edir".
Ş.Ayrım qeyd edib ki, Ermənistan azalan əhali sayını xaricdəki erməniləri gətirərək artırmağa çalışır:
"Məqsəd Dağlıq Qarabağın işğalını və tarixi işğal siyasətlərini davam etdirməkdir. Bu gün Ermənistan əhalisinə baxıldığı zaman yoxsulluq müşahidə edilir. Əgər Ermənistan hakimiyyəti xalqını düşünsə idi, Bakı-Tiflis-Ərzurum boru xətləri, Bakı-Tiflis-Qars dəmiryolu layihələrində iştirak edərdi.
Livandakı partlayışdan sonra köç edənlərə "dur" deyiləcəyini düşünmürəm. Çünki Livanda da Suriya kimi böyük problemlər var. Beynəlxalq təşkilatlar hərəkətə keçməli, BMT dərhal Ermənistanın işğal olunmuş ərazilərə Livandan erməniləri köçürməsinin qarşısını almalı, Qarabağın Azərbaycanın torpağı, Ermənistanın işğalçı ölkə olması ilə bağlı qətnaməsini tətbiq etməlidir". /oxu.az

Siyasi       Tarix: 12 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu