BNA: Google Maps-də avtobusların hərəkətin sxemini izləmək mümkündür
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da genişləndirilməsi davam etdirilir.
BNA-dan azxeber.com-a verilən xəbərə görə, bu məqsədlə ötən dövrdə "Alo141" çoxfunksiyalı internet portalı istifadəyə verilib. Burada istifadəçilərə səyahətlərini əvvəlcədən planlaşdırmağa imkan verən müntəzəm marşrut xətləri barədə məlumatlar təqdim edilir.
Artıq bu məlumatları "Google Maps" platformasından da əldə etmək mümkündür. BNA-nin Vahid Dispetçer Xidməti tərəfindən paytaxt ərazisində mövcud marşrut şəbəkəsi, avtobusların hərəkət sxemi, dayanacaq məntəqələri, başlanğıc və son məntəqələri barədə zəruri məlumatlar emal olunaraq "Google Maps"in nəqliyyat komandasına təqdim edilib. Əgər əvvəllər "Google Maps" bu məlumatları həvəskar qruplardan əldə edirdisə, hazırda bu proses peşəkar səviyyədə icra edilir. Xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcəkdir.
Məlumatlandırmanın əhəmiyyətini nəzərə alaraq sərnişinlərimizə daha keyfiyyətli müasir səviyyədə xidmət təqdim etmək üçün əlavə təkmilləşdirmə işləri görülür.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var