Boksçularımız dünya çempionatına qələbə ilə başladılar
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb. Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq) otuz ikidəbir final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
M.Həsənov on altıdabir finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.
Digər boksçumuz 51 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə on altıdabir finalda monqolustanlı Enxmandağ Xarxuunu məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Onun bu mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.
Ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur.
Turlar.az [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var