Bolqarıstanda keçirilən seçkilərdə GERB partiyası qalib gəldi
Bolqarıstanın keçmiş baş naziri Boyko Borisovun partiyası GERB növbədənkənar parlament seçkilərində liderdir.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, "Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" (GERB) siyasi partiyası "Demokratik Qüvvələr İttifaqı" (SDS) ilə koalisiyada qalib gəlib. Partiya koalisiyada səslərin 80%-ni hesabladıqdan sonra 25,61% toplayıb.
Məlumata görə, istefa vermiş baş nazir Kiril Petkovun "Dəyişikliklərə davam" partiyası 20,42% səs toplayıb.
Hüquq və Azadlıqlar Hərəkatı 12,85%, İntibah 10,32%, Bolqarıstan Sosialist Partiyası 9,39%, Demokratik Bolqarıstan 7,55% səs qazanıb. Qalanları isə dörd faizlik həddi aşa bilməyib.
Qeyd edək ki, 2021-ci ildə Bolqarıstanda üç dəfə parlament seçkiləri keçirilib. Dekabrda Kiril Petkov Baş nazir olub. 2022-ci ilin yayında onun hökumətinə etimadsızlıq səsverməsi elan edilib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü