"Bolt" qiymətləri qaldırdı – Paytaxtın "taksi bazarı"nda hansı yeniliklər gözlənilir?

Məlum olduğu kimi, iki gün öncə "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz artırıb.
Bu barədə şirkətin sürücüləri məlumat veriblər.
Hazırda şirkətin taksidə minimal gediş haqqı 2.50 AZN təşkil edir.
"Bolt"un son qərarı ciddi ictimai müzakirələrə səbəb olub.
İctimaiyyəti düşündürən əsas suallardan biri də bu addımın hansı məqsədlə atılmasıdır. Bəzi ekspertlər isə bunun şirkətin ciddi qiymət artımlarına hazırlığının tərkib hissəsi olduğunu bildirirlər.
Məsələ ilə bağlı azxeber.com-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, taksi xidməti Azərbaycanda ən yaxşı durumda olan iqtisadi sahələrdən biridir:
"İlin sonuna qədər taksi şirkətində qiymətlərin 10 faiz artımı ümumi götürdükdə xidmət sektorunda olan artım faizinə təxmini olaraq bərabərdir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri ilə müqayisəvi təhlil etdikdə görərik ki, liberal bazar iqtisadiyyatı qanunlarının hökm sürdüyü azsaylı sahələrdən biridir. Çünki burada sözün həqiqi mənasında ciddi rəqabət mühiti formalaşıb. Heç bir halda buna qarışmaq, bu rəqabəti pozmaq düzgün olmaz. Düzdür, müəyyən hallarda xidmətin səviyyəsi və keyfiyyətlə bağlı problemlər yaşanır. Lakin nəzərə almaq lazımdır ki, keyfiyyətli taksi xidməti almaq istəyənlər üçün alternativlər də mövcuddur. Yəni, taksi şirkətləri ekonom sinifdən əlavə produktiv xidmətlər təklif edirlər. Məhz elə bu səbəbdən də bizim ekonom sinifdən ciddi gözləntilərimizin olması doğru olmazdı".
İqtisadçının sözlərinə görə, sərnişinləri narahat edən əsas problem qiymət deyil, kobud və mədəniyyətsiz davranış tərzidir:
"Sadəcə bunu qeyd etmək istəyirəm ki, hazırkı problem taksinin qiymətinin 10 faiz qalxması yox, sürücülərin davranışı ilə bağlı problemlərdir. Sürücülərin sözün əsl mənasında sərnişinlərlə, müştərilərlə davranışlarında ciddi qüsualr mövcuddur. Bu məsələ hansısa formada tənzimlənə bilər. Sözügedən məsələ rəqabətin aradan qaldırılması və yaxud qiymətlərin yüksəlməsi ilə həll olunacaq mövzu deyil. Çünki biz görürük ki, bu gün heç bir istiqamətdə özünə iş tapa bilməyən sürücülər rahat şəkildə taksiyə əyləşir və idarə edirlər. Bir çox hallarda isə onların ümumən davranış qabiliyyəti, ünsiyyət bacarıqları adekvat olmur. Bu da öz növbəsində müəyyən problemlərə yol açır. Təbii ki, bu problem öz həllini tapmalıdır. Hətta bu məqsədlə inzibati müdaxilə də ola bilər. Lakin bu heç bir halda qiymətlərə təsir etməməlidir. Paytaxtda taksilərin sayının çoxluğunu nəzərə alsaq, bunun elə də asan olmadığını söyləyə bilərik. Bu sahədə təsirli mexanizmlər işlənib hazırlanmalıdır".
azxeber.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, Bakıda taksi xidməti əhalinin qazancına uyğun səviyyədədir:
"Azərbaycanda taksi xidməti əhalinin gəlirlərinə uyğun səviyyədədir. Lakin bununla yanaşı, qiymətlər bizdən çox səfalət içində yaşayan Hindistandan yuxarıdır. Orada taksi daşıma xidməti çox ucuzdur. Bizdən xeyli ucuz belə ölkələrin nümunəsi az deyil. Bu vəziyyət Azərbaycan bazarında tezliklə taksi şirkətlərinin kartel sövdələşmələrinə (qiymətlərin razılaşdırılmasına) gətirib çıxardılacaq. Digər taksi şirkətləri də güman edirəm ki, gəlib "Bolt"la uyğunlaşacaq və qiymətləri yüksəldəcəklər. Amma hələ "Bolt"a inanmırlar. "Bolt" əhalinin, azad istehlakçıların bu prosesdən agah olacağı vaxta qədər bundan öz xeyrini istifadə etməkdə davam edəcək".
İqtisadçı qeyd edir ki, digər taksi şirkətləri də yaxın gələcəkdə ictimai elan vermədən qiymətləri qaldıracaq: "Beləliklə, əhali uzun müddət bu şirkətdən istifadə edəcək. Əhali yavaş-yavaş həmin şirkətlərə müraciət edəcək və yenə aldadılacaq. Azərbaycanda qalxan bir qiymət heç zaman enmir. Təbii ki, bu artım istehlakçıların büdcəsinə ziyan vuracaq. Ona görə də, Azərbaycan hökumətinin missiyasıdır ki, bazarda azad rəqabət mühiti yaratsın, başqa şirkətlərin ölkəyə daxil olmasına şərait yaratsın. Yalnız bu şəkildə qiymətləri tənzimləmək və istehlakçıların büdcəsinə uyğunlaşdırmaq mümkündür. Bu öz növbəsində qiymətlərlə yanaşı, keyfiyyətin də artmasına təsirsiz ötüşməyəcək" – deyə, AİB sədri fikrini yekunlaşdırıb.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.

Sosial       Tarix: 20 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun cəbhədən son dəqiqə ensonxeberler son xeberler bugun 2026 canli