"Bolt"un sürücüsü maşının baqajını bərk vuran müştərini BIÇAQLADI
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tahir Əhmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.azxəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd: Hadisə 18 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində paytaxt ərazisində qeydə alınıb.
Belə ki, "Bolt", "Uber" və "Yango" taksi şirkətlərində sürücü kimi fəaliyyət göstərən 1997-ci il təvəllüdlü Tahir Əhmədovun "Toyota Prius" markalı avtomobilinə sərnişin qismində əyləşmiş zərərçəkmiş Rafiq Əjdərovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin maşının baqajını bərk vuraraq bağlaması olub.
Tahir aralarında yaranmış mübahisə zamanı "Mado" kafesinin yanında avtomobildən götürdüyü mətbəx bıçağı ilə Rafiqin bədəninin sol arxa tərəfindən bir dəfə vuraraq xəsarət yetirib.
Məhkəmə baxışı zamanı Tahir Əhmədov ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı