Boyları qısalır, xəstə və kökdürlər - Uşaqlarla bağlı narahatedici HESABAT
Böyük Britaniyada yerləşən Qida Fondu yeni dərc etdiyi hesabatında britaniyalı uşaqların qeyri-adekvat və keyfiyyətsiz qidalanma səbəbindən daha qısa, daha kök və xəstə olduğunu açıqlayıb.
Hesabatda uşaqların boyunun 2013-cü ildən etibarən qısalmağa başladığı, 2006-cı ildən etibarən 10-11 yaş arası uşaqlarda piylənmənin 30 faiz, son 5 ildə isə uşaqlar arasında 2-ci tip diabetin 22 faiz artdığı ortaya çıxıb.
Bildirilib ki, uşaqlar həddindən artıq işlənmiş, şəkərli və duzlu qidalarla bombardman edilir. Bu qidaların həddindən artıq kalori qəbuluna səbəb olduğu, lakin tərkiblərində vitaminlər, minerallar, lif, sağlam yağlar və keyfiyyətli zülallar olmadığı qeyd edilib.
"İstər ərzaq təhlükəsizliyi ilə nəticələnən şok edici yoxsulluq və məhrumiyyət səviyyəsi, istərsə də qida sənayesinin ucuz və ləzzətli qidalarının aqressiv şəkildə təşviqi ilə əlaqədar olsun, uşaqlarımız onları sağlam qidalandırmağı demək olar ki, qeyri-mümkün dərəcədə çətinləşdirən bir mühitdə yaşayırlar", – deyə hesabatda vurğulanıb.
İngiltərədə 2013-cü ildən bu yana 5 yaşındakı uşaqların boyunun qeyri-kafi qidalanma səbəbiylə azaldığı vurğulanaraq, bu dövrdə əsas qida maddələrinin istehlakının azaldığı da ifadə edilib. İbtidai məktəbi bitirən hər 5 uşaqdan birində piylənmə olduğu və bunun ölkədə uşaqların üzləşdiyi "ən aktual ictimai sağlamlıq problemi" olduğu bildirilib.
Qeyd edilib ki, aztəminatlı ailələrdə sağlam qidaya çıxış imkanları azalıb, nəticədə yüksək kalorili, lakin qida dəyəri olmayan məhsullar yeyən uşaqlar kökəlməyə başlayıb.
Hesabatda, həmçinin 2000-ci ildə ilk adolesan tip 2 diabet diaqnozunun qoyulduğu, bu halların illər ərzində üç dəfə artdığı qeyd edilib.
Məşhur britaniyalı aşpaz Ceymi Oliver hesabatın üzə çıxardığı nəticələrlə bağlı fikirlərini bölüşüb.
"Hökumətin onilliklər ərzində diqqətsizliyi uşaqların piylənmə ilə bağlı xəstəliklərdən daha çox əziyyət çəkməsi, onların boylarının qısalması və ömürlərinin daha qısa olması ilə nəticələndi. Uşaqlarımıza xoşbəxt, sağlam insan olmaq şansı verilmir", – deyə o bildirib.//Medicina.az / konkret.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var