Böyük Dəbilqə: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
KONKRET.az-ın məlumatına görə, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanov (Bolqarıstan) ilə qarşılaşacaq. Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) sınağa çəkəcək.
81 kq-da yarışan Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə təsnifatdan başlayacaqlar. Onlar müvafiq olaraq Jim Heyjman (Hollandiya) və Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finalda Lidya Brançeva (Bolqarıstan) ilə görüşəcək.
Kişilər
73 kq
1/16 final. Rüstəm Orucov – Denislav İvanov (Bolqarstan)
Təsnifat. Telman Vəliyev – Coşua Qrin (İrlandiya)
81 kq
Təsnifat. Elcan Hacıyev – Jim Heyjman (Hollandiya)
Təsnifat. Murad Fətiyev – Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)
Qadınlar
70 kq
Günel Həsənli – Lidya Brançeva (Bolqarıstan)
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçudan heç biri medal qazana bilməyib.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu