"Böyük dəbilqə": Cüdo komandamız 15-ci yerdədir
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük dəbilqə" turnirində ikinci günün yarışlarına yekun vurulub.
Publika.az xəbər verir ki, komandamız bir bürünc medalla 15-ci pillədədir. Yaponiya komandası beş qızıl, bir gümüş, bir bürünc medalla turnir cədvəlinə liderlik edir.
Yığmamızın aktivinə bürünc medalı Rüstəm Orucov (73 kiloqram) yazdırıb. Belə ki, R.Orucov ilk görüşlərində sloveniyalı Martin Hojakı, sonra rusiyalı Oleq Bobqoyevi mübarizədən kənarlaşdırıb. Növbəti qarşılaşmada Ferdinand Karapetyana məğlub olan cüdoçumuz təsəlliverici görüşdə yerli idmançı Murodjon Yuldoşyevdən üstünlüyünü nümayiş etdirib. R.Orucov üçüncü yer uğrunda Özbəkistan komandasının digər üzvü Obidxon Nomonovu məğlub edərək bürünc medala sahib olub.
Mübarizə aparmış digər cüdoçularımız isə yarışı medalsız tərk ediblər. Belə ki, 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.
Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.
Xidmetler [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb