Böyük dəyişiklik başlayır - Veriləcək qərarların ANONSU

Böyük dəyişiklik başlayır - Veriləcək qərarların ANONSUAzərbaycan 2020-ci ilin 8 noyabr Zəfərini 7 fevral seçkisi ilə tamamladı. İlham Əliyevin yenidən prezident seçilməsi bunu bir daha legitimləşdirdi. Artıq yeni mərhələyə start verildi, gözlər isə Prezident İlham Əliyevdədir.
Dövlət başçısı yeni dönəmdə nələr edəcək? Struktur və kadr dəyişikliyindən tutmuş yaxın qonşularla əlaqələrə, Qərblə münasibətlərə qədər nələrin olacağı gözlənir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, müstəqil və dünyəvi dövlət olaraq, Azərbaycan 100 ili, əslində 1918-ci ildə başlamalı, 2018-ci ildə isə tamamlamalı idi:
"Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə ərazi itkiləri və saysız-hesabsız məhrumiyyətlər başladı. Bu proses 100 illik tariximizə damğasını vurdu. 1991-ci ildə müstəqilliyimizi bərpa etməyimizə baxmayaraq, mahiyyət etibarilə ərazi bütövlüyümüzü və real suverenliyimizi 2020-23-cü illərdə başa vurduq.
Böyük dəyişiklik başlayır - Veriləcək qərarların ANONSU2020-2023-cü illər vətənimizdən bölücülüyün kökünün kəsilməsinə, yaralarımızın sarınmasına və əldə etdiyimiz müqəddəs Zəfərin geri dönməzliyinin təmin edilməsinə sərf olundu. Bu prosesi, Allaha şükürlər olsun, şərəflə, ləyaqətlə, başımızı dik tutaraq, dövlətimizə, xalqımıza, milli iradəmizinin ifadəçisinə güvənərək, uğurla yekunlaşdırdıq.
2024-cü ildən etibarən isə dövlət və xalq olaraq yeni 100 ilə, yeni mərhələyə qədəm qoyuruq. Fevralın 7-də keçirilən seçki bir mərhələnin son akkordları, başqa bir mərhələnin başlanğıcıdır. Önəmli olan Azərbaycan xalqı və dövləti olaraq, üzərimizə müxtəlif adlar və bəhanələrlə yürüyən şəri yaxşı tanımağımız, gedəcəyimiz yolu, hədəflərimizi bilməyimizdir.
İndi artıq ərazi bütövlüyünü, suverenliyini təmin etdiyimiz dövlətimizi dünyada baş verən geosiyasi dəyişikliklər fonunda sistemli islahatlar yolu ilə rəqabətədavamlı və bütün çağırışlara cavab verə biləcək hala gətirməliyik. Cəmiyyətin gözləntiləri də budur. Amma "islahatlar" deyəndə, qənaətimə görə, kadr dəyişikliklərini nəzərdə tutmamalıyıq. Əgər Stalinin iddia etdiyi kimi, kadrlar hər şeyi həll edə bilsəydilər, ən azı rəqabət üzərində qurulmayan, yalnız dövlətin nəzarətində olan planlı iqtisadiyyatın günün birində dövləti çökdürəcəyini başa düşər və hadisələri önləyərdilər".
Politoloq deyib ki, hazırda struktur və kadr islahatlarından daha çox, idarəçilik sistemində, bütövlükdə hakimiyyətin bütün pillələrində köklü islahatlara ehtiyac var:
Böyük dəyişiklik başlayır - Veriləcək qərarların ANONSU"Kadr və struktur islahatları isə bu prosesin tərkib hissəsi kimi effektiv ola bilər. Seçki prosesində bütün bu məqamlarla bağlı maraqlı ideyalar, təkliflər səsləndirildi və düşünürəm ki, bu ideya və təkliflər təhlil olunaraq nəzərə alınacaq.
Təxminən aprel ayından etibarən, regionda, Cənubi Qafqazın da daxil olduğu Qərbi Asiyada və Mərkəzi Asiyada, həmçinin MDB məkanında çox önəmli proseslərin cərəyan edəcəyini gözləyirəm. Türk Dövlətləri Təşkilatının institutlaşması, təşkilatlanması istiqamətində önəmli addımlar atılacağı, təşkilatın ilkin mərhələdə vahid iqtisadi və siyasi inteqrasiya platformasına çevriləcəyi ehtimalı var. 3+3, yaxud 3+2 formatının da gerçəkləşəcəyi ehtimalı böyükdür. May-dekabr aylarında regionda ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı istiqamətində önəmli addımların atılacağı, regional təhlükəsizlik mexanizmlərinin ən azı ilkin təzahürlərinin nəzərə çarpacağı ehtimalı var. Bu xüsusda Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivini də qeyd etmək olar. Düşünürəm ki, 2024-cü il mühüm dəyişikliklər və yeniliklər ili olacaq.
Qərblə münasibətlərə gəldikdə, prosesin dünyada baş verən geosiyasi dəyişikliklər fonunda cərəyan etdiyi göz qabağındadır. Biz öz milli maraqlarımızı qoruyuruq və bu maraqlar, bölgəyə nüfuz etməyə çalışan, Cənubi Qafqazı sattelit regiona çevirməyə cəhd göstərənlərin maraqları ilə üst-üstə düşmür. Bu xüsusda bu ilin sonu, gələn ilin əvvəlində daşların öz yerinə oturacağı ehtimalı çoxdur".

Siyasi       Tarix: 11 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib. xəbər verir ki

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat kriminal xeber cəbhədən görüntüleri butun xeberler