Əli Kərimli partiyasını da özü ilə bərabər həbsxanaya apardı - O iki maddə
AXCP sədri Əli Kərimlinin həbsindən sonra hazırda əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də, onun partiyasının taleyidir. Hüquqşünaslar hesab edirlər ki, ona qarşı irəli sürülmüş ittihamlar AXCP-nin ləğvini labüd hesab edir.
Məlumat üçün bildirək ki, Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunmub.
KONKRET.az xəbər verir ki, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Musavat.com-da AXCP-nin ləğvi üçün konkret faktlar göstərdi:
"Əvvəla, onu qeyd edim ki, AXCP adında terrorçu və təxribatçı qurum bu gün siyasi fəaliyyətdən tam uzaqdır və bir az obrazlı desək: siyasətdən başqa hər şeylə məşğuldur. Eyni zamanda belə bir təşkilatın mövcudluğu və fəaliyyəti konkret olaraq Siyasi Partiyalar haqda Qanunun tələblərinə də birbaşa ziddir.
Nümunə göstərim. Məsələn, adıkeçən Qanunun 4-cü maddəsində belə bir bənd var: "Siyasi Partiyaların fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi ixtişaşlara, terrorçuluğa açıq çağırışlar etmək yolverilməzdir".
İndi isə haqqında danışdığımız təşkilatın rəhbərinin nədə ittiham olunmasına nəzər salaq: "Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və sair, ilaxır. Əlqərəz, həmin maddədə, konkret bənddə (4.3.1) hansı qadağan olunmuş fəaliyyət növü varsa – hamısı Əli Kərimlinin əməllərində cəmləşib.
Balıq isə, necə deyərlər, başdan iylənər. Və ya, əgər Kərimli məlum strategiyanı özünə prioritet seçibsə, məlum istiqamətə fokuslanıbsa, demək ki, partiyadaşları da eyni cür düşünüb və davranıb.
Biz daha əvvəllər bu siyasi qolçomaqları, bu nadanları, bu üz qaralarını siyasi və mənəvi məsələlərdə ittiham edirdik. Onların riyakarlığı, Şuşanın işğaldan azad edilməsinə sevinməmələri, eynən erməni, fransız kimi düşünmələri haqda bəhs edirdik. İndi isə məlum olur ki, Kərimli və Mehdiyev "çete"si həm də böyük, qlobal cinayətlərin içində imişlər. Ya da belə deyək: Onlar qara mənəviyyatlarını həm də qara cinayətlərə bulaşdırıbmışlar.
Belə olan halda isə ortalığa sual çıxır: AXCP fəaliyyətini davam etdirə bilərmi? Şəxsən mənim düşüncəm budur: Əsla! Üstəlik, haradan, hansı rakursdan, necə baxsan – yenə, Əsla! Mənəvi tərəfdən də əsla, qanuni tərəfdən də əsla!
Odur ki, hesab edirəm, dövlət qurumları artıq bu barədə ciddi – ciddi düşünməlidir, dərhal hərəkətə keçməlidir və siyasət əvəzinə cinayətkarlıqla məşğul olan AXCP-nin fəaliyyyətini dərhal dayandırmalıdır".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib