BP-nin işçisi sərxoş olub küçədə yatdı - Bahalı saatı, ayaqqabıları oğurlandı

BP-nin işçisi sərxoş olub küçədə yatdı - Bahalı saatı, ayaqqabıları oğurlandıBakıda Böyük Britaniya vətəndaşının bahalı qol saatını, telefonunu və ayaqqabılarını oğurlayan şəxsə hökm oxunub.
KONKRET.azxəbər verir ki, hadisə ötən il iyulun 12-də, gecə 2 radələrində Səbail rayonu ərazisində baş verib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, BP şirkətində mühəndis vəzifəsində çalışan V.V dostları ilə birlikdə "Absheron Marriot" hoteldə futbola baxarkən spirtli içki qəbul edib. Daha sonra o, gecə saatlarında hoteli tərk edərək yaşadığı evə getmək istəyib. V.V 28 May metrostansiyasına tərəf gedərkən yolda yuxulayaraq yatıb.
Bu zaman Astara rayon sakini, 1972-ci il təvəllüdlü F.Həsənzadə əcnəbi vətəndaşın sərxoş halda skamyada yatdığını görərək ona yaxınlaşıb. O, Britaniya vətəndaşının dəyəri 6500 manat olan "Luminor Panerai" markalı qol saatını, 1800 manat dəyəri olan "İphone 12 Pro" markalı mobil telefonunu və ayağındakı "Nike" markalı ayaqqabılarını çıxararaq oğurlayıb.
Hadisədən bir neçə saat sonra ayılan Britaniya vətəndaşı ayaqyalın qaldığından taksi ilə evə gedib. Onun əşyalarını oğurlamış F.Həsənzadə isə hadisədən sonra fəhlə kimi işlədiyi bazara gedib. O, oğurladığı 6500 manatlıq saatı 10 manata satıb.
Polis əməkdaşları F.Həsənzadəni yaxaladıqdan sonra oğurladığı telefonu və 10 manata satdığı qol saatını geri qaytarıb. Lakin təqsirləndirilən şəxs BP əməkdaşının ayaqqabılarını Puşkin parkında gizlətdiyi yerdə tapa bilməyib.
Səbail Rayon Məhkəməsində bir neçə gün əvvəl F.Həsənzadəyə hökm oxunub. O, Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci (oğurluq – xeyli miqdarda ziyan vurmaqla və şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. F.Həsənzadəyə 2 il müddətinə həbs cəzası verilib.//Qafqazinfo

Hadisə       Tarix: 17 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler son xəbərlər bugün 2026 gunun xeberleri oxu.az xeberler