Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitində orqanizmin temperatur dəyişikliklərinə uyğunlaşması nə dərəcədə vacibdir və sağlamlıq problemlərinin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, hazırda Azərbaycanda müşahidə olunan temperatur fərqləri kəskin iqlim dəyişiklikləri deyil, fəsillərin bir-birini əvəz etməsi ilə əlaqədar normal prosesdir.
"Bir həftə əvvəl 22-23 dərəcə olan havanın temperaturunun hazırda 15-17 dərəcəyə enməsi tədrici dəyişiklik hesab olunur. Belə şəraitdə gənclərin orqanizmi temperatur fərqinə daha sürətlə uyğunlaşdığı üçün onlar bu prosesi, bir qayda olaraq, ciddi şəkildə hiss etmirlər.
Yaşlı insanlarda isə immun sisteminin fəaliyyətinin və orqanizmin adaptasiya qabiliyyətinin zəifləməsi temperatur dəyişikliklərinə qarşı həssaslığı artıra bilər".
R.Bağırovun fikrincə, belə hallarda xüsusilə yaşlı şəxslər geyim seçimində diqqətli olmalı, temperatur fərqinə uyğunlaşmaq üçün orqanizmə vaxt verməlidirlər. Havanın istiləşməsi və ya soyuması zamanı geyimi qəfil dəyişmək əvəzinə, mövcud şəraitə uyğun tədricən hərəkət etmək daha məqsədəuyğundur.
Həkim əlavə edib ki, yaz və payız aylarında xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər sağlamlıqlarına xüsusi diqqət yetirməli, xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün müvafiq profilaktik tədbirlər görməlidirlər.
Terapevtin sözlərinə görə, hazırda Azərbaycanda müşahidə olunan hava dəyişiklikləri mövsümi xarakter daşıyır və qeyri-adi iqlim hadisəsi kimi qiymətləndirilməməlidir. Bununla belə, hər kəsin, xüsusilə risk qrupuna daxil olan şəxslərin sağlamlığını qoruması vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var