Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar.
azxeber.com xəbər verir ki, əvvəlcə Leyla Əliyeva və Alyona Əliyeva ərazidə nümayiş etdirilən incəsənət əsərlərinə baxıblar. Sonra qonaqlar kapibara konsepsiyası əsasında yaradılan "Capybara Cafe"də olublar.
"Capybara Cafe" ziyarətçilərə unikal və rahat atmosfer təqdim edir. Kafenin interyeri və təqdim olunan məhsullar vahid konsepsiyaya uyğun dizayn edilib. Burada hər bir detal kapibaraları xatırladır. Hətta menyudakı şirniyyatlar da kapibara formasında təqdim olunur.
Xatirə hədiyyəsi əldə etmək istəyən qonaqlar üçün isə kafenin daxilində suvenir mağazası fəaliyyət göstərir.
Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva "Capybara Azerbaijan" fermasına baş çəkib, burada yaradılan şəraitlə tanış olub, kapibaraları yemləyiblər. Ölkəmizdə ilk kapibara ferması olan "Capybara Azerbaijan" ziyarətçiləri bu unikal heyvanlarla daha yaxından tanış etmək, ekoloji turizmin inkişafına töhfə vermək, həmçinin heyvanlara qarşı məsuliyyətli və qayğıkeş münasibətin formalaşdırılmasına dəstək məqsədilə yaradılıb. Ferma qısa zamanda çoxsaylı ziyarətçilərin sevimli məkanına çevrilib.
Əsasən Mərkəzi və Cənubi Amerikada yaşayan, dünyanın ən böyük gəmiriciləri hesab olunan kapibaralar son illərdə müxtəlif ölkələrdə böyük populyarlıq qazanıblar. Belə ki, inanılmaz dərəcədə mehriban heyvanlar olan kapibaralar öz qeyri-adi görünüşləri və ünsiyyətcil xüsusiyyətləri ilə həm insanların diqqətini cəlb edir, həm də heyvanlara və ümumilikdə təbiətə qarşı daha böyük sevgi oyadırlar. Bütün bunlar nəzərə alınaraq yaradılan "Capybara Azerbaijan" ferması ən son texnologiyalar əsasında inşa edilib.
Fermadakı mövcud infrastruktur kapibaraların təbii yaşayış mühitinə maksimum uyğun şərait yaratmaq məqsədilə layihələndirilib. Burada kapibaralar üçün həm qapalı, həm də açıq hovuzlar, eləcə də fərdi vannalar yaradılıb. Ferma müasir su filtrasiyası sistemi, optimal rütubəti təmin edən avtomatik nəmləndirmə sistemi və təbii Günəş işığını əvəz edən xüsusi UV lampaları ilə təchiz olunub.
Həm uşaqların, həm də böyüklərin böyük marağına səbəb olan bu məkanda ekzotik təbiətin bir parçası ilə yaxından tanış olmaq, onlara toxunmaq mümkündür. Ziyarətçilər kapibaraları yemləyə və onların həyat tərzi, davranışı, təbii yaşayış mühiti haqqında maraqlı məlumatlar əldə edə bilərlər.
Qonaqlar, həmçinin buradakı maraqlı layihələrdən biri olan "Magic Village" ərazisində dünyada məşhur olan hobbit evlərdən birinə baş çəkiblər.








Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır