"BQXK-nın hərəkətləri təhrikedici və təxribatçı fəaliyyət kimi qiymətləndirilməlidir" - DEPUTAT

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin hər hansı əks arqumenti və yersiz israrı təhrikedici, təxribatçı fəaliyyət kimi qiymətləndirilməlidir".
KONKRET.az xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyət ortaya qoymayıb, yalnız kosmetik işlər görüb və imitasiya ilə məşğul olub.
Deputatın sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində mövcud formada fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur:
"Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib. Amma bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni sakinlərin heç bir formada xüsusi müdafiəsinə ehtiyac yoxdur. Azərbaycan həmin sakinlər qarşısında sadə tələblər qoyub, onlar vətəndaşlığımızı qəbul etməklə Azərbaycan vətəndaşlarının malik olduğu bütün haqlara sahib olacaq və Azərbaycan cəmiyyətinin ayrılmaz parçası kimi inkişaf və tərəqqiyə həm öz töhfələrini verəcək, həm də faydalanacaqlar. Bunun üçün isə onları əsarətdə saxlayan xunta rejiminin tərk-silah edilməsi, erməniəsilli sakinlərin isə Azərbaycan cəmiyyətinə ləyaqətli formada və ən qısa zamanda reinteqrasiya prosesinin başlanması zəruridir. Lakin BQXK-nın mövcudluğu birbaşa təmasların məqsədli formada qarşısını almaqla həm də reinteqrasiya prosesini ləngidir. Eyni zamanda, təşkilat bölgədə varlığı ilə dünya ictimaiyyətinə sanki bölgədə humanitar zərurət varmış kimi siqnal ötürür ki, bu da yolverilməzdir".
"İşğala və təcavüzə məruz qaldığımız 30 il ərzində qurumun Ermənistanın dövlət səviyyəsində törətdiyi beynəlxalq humanitar hüquq pozuntularına dair heç bir narahatlıq ifadə edən mövqeyinin, yaxud əməli fəaliyyətinin şahidi olmamışıq. Əksinə, BQXK proseslərdə tərəf kimi çıxış edib, müharibə dövründə və postmünaqişə periodunda bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr var", – o qeyd edib.
Deputat bildirib ki, son dövrlər isə Dövlət Sərhəd Xidmətinin milli və beynəlxalq hüquqi aktları rəhbər tutmaqla sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın daha bir qanunsuzluğu, qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması faktı ortaya çıxıb:
"Təşkilatın fəaliyyət məqsədləri ilə uzlaşmayan və eyni zamanda, Azərbaycan ərazisinə Ermənistandan silah-sursat daşınması ehtimallarını güman etməyə əsas verən bu hal BQXK-nın regionda humanitar hüququn yox, separatizm və terrorun müdafiəsində çətir rolunu oynadığını üzə çıxarır. Xüsusən, qurumun bölgədəki fəaliyyətinə Azərbaycana dost olmayan ölkələrin vətəndaşlarının, əməkdaşlarının məqsədli formada daha çox cəlb edilməsi bu şübhələri daha da möhkəmləndirir. Bu isə artıq BQXK-nın özünün məqsədlərini və həddini aşdığını, Azərbaycanla təşkilat arasında hüquqi bazis üzrə öhdəliklərini pozduğunu göstərir".
Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı Nümayəndəliyi 1992-ci il 3 mart tarixdən fəaliyyət göstərir:
"Açılışdan iki həftə sonra isə Bakı ofisinə bağlı olmaqla Ağdam və Bərdə rayonlarında da ofislər fəaliyyətə başlamışdır. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. Sənədin ikinci maddəsində ifadə olunub ki, BQXK öz vəzifələrini yerinə yetirmək və qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində hüquqi şəxsə xas olan hüquqlardan istifadə edən nümayəndəlik təsis edir. Lakin o zaman Azərbaycanın qarşılaşdığı çətin situasiyadan istifadə edərək BQXK gələcək mənfur planlar naminə Xankəndidə açılan ofisi Azərbaycan yox, Ermənistan nümayəndəliyinə bağladı. Baxmayaraq ki, Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Heslinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir".
B.Məhərrəmov vurğulayıb ki, Xankəndi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu hətta Ermənistan Baş naziri də dəfələrlə bəyan edib: "Belə bir vəziyyətdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlik olmaqla daha bir davam edən pozuntudur və bu tendensiyaya da dərhal son qoyulmalıdır. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Sənədin 9-cu maddəsinin 13-cü bəndində isə ifadə olunur ki, Nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etməyi öhdələrinə götürür. Sazişin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası BQXK-ya öz qərarının motivlərini bildirmədən 1961-ci il Vyana müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan şərtlər və onlardan irəli gələn nəticələrlə konkret addımlar atmaq hüququnu özündə saxlayır".

Siyasi       Tarix: 11 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu dəmir yolunun bərpasına başladı

"Ermənistan Gümrü-Axurik və Yerasxa hissələrində dəmir yolunun bərpası işlərinə başlayıb". xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. "Bu işi biz həyata keçirəcəyik

SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi

Ötən gecə SEPAH İraqın Ərbil şəhərinin şərqindəki Göy Sancaq bölgəsində İran hökumətinə müxalif silahlı kürd qruplaşmalarının düşərgəsinə zərbələr endirib. xəbər verir ki, bu haqda İraq mediası məlumat yayıb. PUA və rake

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurm

Rövşən Muradov: Azərbaycan Avropanın strateji tərəfdaşına çevrilib

Azərbaycanın Avropa ilə dialoqu son illərdə enerji müqavilələrinin, ticarət göstəricilərinin və rəsmi diplomatik təmasların hüdudlarını aşaraq daha dərin siyasi-iqtisadi məzmun qazanıb. Bu münasibətlərin mahiyyətində Azərbaycanı

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətin

Rusiyadan İrəvan və Bakıya "mesaj": Nikol tələsməlidir

Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bak

ABŞ İsraildəki daimi səfirliyinin tikintisi üçün saziş imzaladı

ABŞ və İsrail Qüds şəhərində Amerikanın daimi səfirliyinin tikintisi ilə bağlı saziş imzalayıb. Kompleksin inşası üçün torpaq sahəsinin ayrılmasını nəzərdə tutan sənədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və İsrailin xaric

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən video şou biznes xəbərləri kriminal xeber qurban bayrami 2026