BRICS sülh platformasına çevrilir? - Zaur Məmmədovun şərhi

BRICS sülh platformasına çevrilir? - Zaur Məmmədovun şərhiOktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Liderlər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görəsən, BRICS Sammitindəki görüş sülh müqaviləsi üçün katalizator rolunu oynaya bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bunun mümkünsüzlüyünü vurğulayıb:
BRICS sülh platformasına çevrilir? - Zaur Məmmədovun şərhi"BRICS Sammiti sülh müqaviləsi üçün katalizator rolunu oynaya bilməz. Sadəcə Kazanda hər iki ölkənin lideri üçün görüş imkanı yarandı. Söhbət sülhdən gedirsə, belə imkanlardan yararlanmaq lazımdır. Görüşün 1.5 saat keçdiyini nəzərə alsaq, ciddi məsələlərin müzakirə olunduğunu deyə bilərik. Azərbaycan və Ermənistan fürsətdən istifadə edib təkliflərini bir-birilərinə çatdırıblar. Sözügedən ölkələr Cənubi Qafqazdakı proseslərdə mühüm rola malikdirlər. Sülh olarsa, bölgənin geosiyasi əhəmiyyətini və konfiqurasiyasını dəyişə bilər".
Ekspert sülh üçün bir neçə vacib məqamı xatırladıb:
"Ermənistan yeni dövrün tələblərinə uyğun olaraq köhnə fikirlərindən uzaq olmalıdır. Zəngəzur və Göyçənin şərqi ilə bağlı adekvaxt qərar verilməlidir. Hazırkı sərhədlər bugünkü Ermənistan üçün belə çoxdur. Nəinki konstitusiya dəyişiklikləri, eyni zamanda real sərhədlərlə bağlı erməni cəmiyyətində adekvaxt baxış burağı yaradılmalıdır. Hər bir halda, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkün olmasa da, hər hansı sənədin imzalanması istisna deyil. Belə məsələlərə dünyanın nəhəng ölkələri də təsir edir. Ermənistanda da bu təsirləri müşahidə edirik. Hazırda vəziyyətin necə olacağını zaman göstərəcək. Ancaq dünənki görüş irəliyə doğru atılmış addımdır".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 26 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri